Arxiv
5 Avqust 2020, 12:18 | PARLAMENT
Deputatdan hökumətə ÇAĞIRIŞ: “İşləməyən minlərlə insan nə ilə dolanmalıdır?”

“Bu gün pandemiyanın yaratdığı vəziyyət çevik qərarlar verilməsini şərtləndirir”. Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunu”nun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, hamıya aydındır ki, neft bazarında baş verən silkələnmələr neftin qiymətinin aşağı həddə götürülməsini zəruri edir:

“Büdcəyə daxil olan vergi gəlirlərinin, gömrük rüsumlarının azalması da xərclərin artırılmasını zəruri edən şərtlərdəndir. Bütövlükdə büdcədə zəruri prioritet sahələri dəqiqləşdirməliyik. Müdafiə xərclərinin artırılması yönündə addımlar atılmalı, ikinci isə vətəndaşın vəziyyəti prioritet kimi götürülməlidir. Bu gün Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti çətindir. Burada hökuməti günahlandırmıram. Azərbaycan sahibkarının tam çökməməsi üçün xərclər hissəsində əhəmiyyətli ayırmalar nəzərdə tutulmalıdır. İkincisi, vətəndaşlara 190 manatın verilməsi məsələsi zəruri addım idi. Vəsait o qədər çox olmasa da, cəmiyyət bunu anlayışla qarşıladı. Avqust ayında heç bir yerdən gəliri olmayan vətəndaşı evə qapatmışıq və onlara vəd vermirik ki, haradan dolanmalıdır. Bu gün insanlar sadəcə xəstəliklə mübarizə aparmır, yaşamaq uğrunda da mübarizə aparır. 190 manat rəmzi xarakter daşıyan dövlət dəstəyidir və bunu heç bir halda kəsmək olmaz. Vətəndaşın narazılığına səbəb olan situasiyanı aradan qaldırmalıyıq. Buna görə də xərclər hissəsində bu, əsas götürməlidir. Ayın 31-nə qədər hər yer bağlıdır. İşləməyən yüzlərlə, minlərlə insan nə ilə dolanmalıdır? Hökumət bütün səyləri sosial gərginliyin aradan qaldırılmasına yönəltməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Prezident təməlqoyma mərasiminə qatıldı 19 Sentyabr 2020, 12:48 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00 "Telegram"ın işində qüsurlar yaranıb 19 Sentyabr 2020, 10:44 ABŞ qoşunları Yaxın Şərqi tərk edir 19 Sentyabr 2020, 10:26 Azərbaycan bostan bitkilərini ən çox bu ölkələrə satır 19 Sentyabr 2020, 10:16 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 19 Sentyabr 2020, 09:54 Cəbhədə GƏRGİNLİK - Ermənilər Tovuzu snayper atəşinə tutdu 19 Sentyabr 2020, 09:31 Ali Məhkəmənin ən yaşlı üzvü vəfat etdi   19 Sentyabr 2020, 09:15 Millət vəkili Ağdaş rayonuna səfər etdi 19 Sentyabr 2020, 09:08 Qvatemala prezidenti koronavirusa yoluxub 19 Sentyabr 2020, 09:00 2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər 19 Sentyabr 2020, 00:53 ABŞ hərbçiləri Fars körfəzinə daxil oldu 19 Sentyabr 2020, 00:34 Bakıda 33 yaşlı kişi intihar cəhd etdi 19 Sentyabr 2020, 00:17 Paytaxtda daha 2 gün ictimai nəqliyyat işləməyəcək 19 Sentyabr 2020, 00:02