Modern.az

4 aylıq 190 manat ödəmələr üçün 333 milyon manat xərclənəcək

4 aylıq 190 manat ödəmələr üçün 333 milyon manat xərclənəcək

Aktual

7 Avqust 2020, 11:28

Ümumilikdə 4 aylıq 190 manatlıq ödəmələr üçün 333 milyon manat vəsait ayrılıb. Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

 

S.Babayev deyib ki, həmin vəsaitin 210 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun ötən il apardığı islahatlardan əldə edilən qənaətlər hesabına həyata keçirilir:

“Bu aztəmantlı işsizlər üçün ödənilən vəsaitdir”.

Nazirin sözlərinə görə, bu istiqamətdə monitorinqlər davam etdirilir:

“Bu barədə adlı siyahı nazirliyin saytında açıqlanıb. 190 manatlıq ödəmə zamanı hansısa məmur-vətəndaş münasibətinə yer verilməyib. Bütün məlumatlar, əlaqələr elektronlaşdırılmış qaydada aparılıb. Bu layihənin gerçəkləşdirilməsi zamanı 25-ə qədər qurumun baza məlumatlarından istifadə edilib”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir