Modern.az

Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi

Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi

7 Avqust 2020, 17:34

AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudova 4 il 6 ay həbs cəzası kəsilib.

Modern.az xəbər verir ki, avqustun 7-də Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanov onun haqqında belə hökm çıxarıb. Hökmə əsasən, Paşa Umudov CM-in 234.2 (narkotik maddə satışı) maddəsiylə təqsirli bilinib. Lakin P. Umudov bu ittihamla razılaşmayıb

P. Umudovun vəkili Zibeydə Sadıqova “Azadlıq” radiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək.

Paşa Umudov 2019-cu il oktyabrın 16-da həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü