Modern.az

Qızıl top”un Azərbaycan təmsilçisi klublarımızın avrokuboklardakı mümkün rəqiblərindən danışdı

“Qızıl top”un Azərbaycan təmsilçisi klublarımızın avrokuboklardakı mümkün rəqiblərindən danışdı

Aktual

9 Avqust 2020, 07:37

“Qızıl top”un Azərbaycan təmsilçisi Rasim Mövsümzadə avqustun 9-10-da püşkü atılacaq 2020/21 mövsümü Çempionlar Liqası və Avropa Liqasının ilk mərhələlərində Azərbaycan klublarının mümkün rəqibləri barədə fikirlərini bildirib.

 

R.Mövsümzadə Modern.az-a bu haqda deyib:


“Həmişə klublarımızın avrokuboklarda güclü rəqiblərlə qarşılaşmasının tərəfdarı olmuşam. Çünki istənilən komanda güclü rəqibə qarşı yaxşı hazırlaşır və belə oyunlarda qələbə özünəinamı daha da artırır. Zəiflərlə mübarizədə isə qarşındakını ciddiyə almayıb büdrəmək biabırçılığa səbəb ola bilər.
Ona görə də Çempionlar Liqasının 1-ci seçmə mərhələsində Belarus çempionu "Dinamo Brest”i “Qarabağ” üçün layiqli rəqib hesab edirəm.


2-ci seçmə mərhələdə isə “Midtjylland” və “CFR Cluj” kimi komandalarla oyunlar “Qarabağ”ın əsl gücünü göstərə bilər.
Avropa Liqasında isə həm “Neftçi”, həm də “Keşlə” 1-ci seçmə mərhələdə, demək olar, bütün mümkün rəqiblərindən güclüdürlər. Amma komandalarımızın zəifləri ciddiyə almayıb məğlub olduqlarını çox görmüşük. Ona görə də ən layiqli rəqiblər kimi Polşa təmsilçilərini qeyd edərdim – “Piast Gliwice” və “Cracovia”.


Debütant “Sumqayıt” isə “seçilməmişlər” arasında yer aldığından nisbətən zəif rəqiblərlə qarşılaşsa, daha yaxşıdır. Münasib rəqiblər kimi Qazaxıstanın “Ordabasy”, Monteneqronun “Sutjeska Niksic” və Litvanın “Riteriai” komandalarının adlarını çəkmək olar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir