Modern.az

FHN Kürdə batan şəxsin axtarışlarına başladı

FHN Kürdə batan şəxsin axtarışlarına başladı

Aktual

10 Avqust 2020, 09:22

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a bildiriblər ki, nazirliyin azirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edilir ki, əlavə məlumat veriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır