Modern.az

Deputat: “Onlar Bakı ilə Ankaranın əməkdaşlığından narahatdırlar”

Deputat: “Onlar Bakı ilə Ankaranın əməkdaşlığından narahatdırlar”

11 Avqust 2020, 16:24

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüş keçirib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.

 

Həmçinin türkiyəli nazir Azərbaycan  vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə bağlı səfər etmələrini də təklif  edib:

“Vizaları ləğv etdik. Amma bu kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar”.

 

Maraqlıdır, iki ölkə arasındakı sıx əməkdaşlıq hansı töhfələri verəcək?

Azərbaycanın Türkiyəyə inteqrasiya olunması digər ölkələr tərəfindən necə qarşılana bilər?

Milli Məclisin deputatı  Asim Mollazadə Modern.az-a açıqlamasında bildirib ki, bu cür əməkdaşlıq  böyük bölgədə sülh,  əmin-amanlıq, inkişaf layihəsidir:

“Təbii ki, Azərbaycanın və Türkiyənin həyata keçirtdiyi enerji,  nəqliyyat və digər layihələrdə bir çox maraqlı ölkələr var. Əminəm ki, onların iştirakı bu layihələri uğurlu edəcək. Bununla yanaşı, Azərbaycan -Türkiyə birliyi ortaq köklərə, din, dil amillərinə bağlıdır. Məhz belə olan halda  bu əməkdaşlıq mədəni, humanitar sahələrdə də inkişaf edəcək”.

 

Asim Mollazadə  iki qardaş ölkə arasında münasibətlərin bəzi dairələrdə narahatlıq yaratdığını istisna etməyib:

“Kimlərinsə narahat olmasına gəlincə, onlar onsuz da bu əməkdaşlıqdan narahatdırlar. Bizə qarşı düşmən münasibət sərgiləyən dövlətlər düşmənçiliklərini bundan sonra da davam etdirəcəklər. Məhz onun üçün də Azərbaycan-Türkiyə əməkdaşlığı təhlükəsizlik sahəsini də əhatə edir. Hesab edirəm ki, bu sahədə də əməkdaşlığımız daha da güclənəcək. İstənilən düşmən isə layiqli cəzasını alacaq”.

Qeyd edək ki,  bu dəqiqələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənov Türkiyə prezidenti Ərdoğanla görüşürlər.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir