Modern.az

Aeroport yolunda qəza tıxac yaratdı

Aeroport yolunda qəza tıxac yaratdı

11 Avqust 2020, 19:30

Aeroport şossesində (Hava limanı istiqamətində Ramana körpüsünü enən hissədə) yol-nəqliyyat hadisədi baş verib.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, bu səbəbdən hazırda aeroport şossesində, Sabunçu körpüsünün yanından başlayaraq hava limanı istiqamətində hadisə baş verən yerədək sıxlıq yaranıb.

 

"Məlumat üçün bildiririk ki, hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektdə, o cümlədən Q.Qarayev, H.Əliyev və Z.Bünyadov prospektlərində K.Rəhimov, Y. Səfərov küçələrində sıxlıq müşahidə olunur. Sıxlıq səbəbindən bır sıra müntəzəm və ekspres marşrutlar üzrə avtobusların intervalında gecikmələr var".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu