Modern.az

Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI

Ukraynada koronavirusun ikinci dalğası BAŞLADI

Aktual

12 Avqust 2020, 08:56

"Pandemiyanın ikinci dalğası payızın ortalarında gözlənilirdi, amma indi başlayır”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Səhiyyə naziri Maksim Stepanov deyib.

 

“Biz ikinci dalğanın oktyabr-noyabr aylarında olacağını, yəni mövsümi qrip epidemiyası ilə birgə xəstələrin sayında əhəmiyyətli artım müşahidə ediləcəyini hesab edirdik. Bütün dünya belə düşünürdü. Beynəlxalq aləm COVID-19 xəstələrinin payızda, oktyabr-noyabr aylarında yoluxma sayının əhəmiyyətli dərəcədə artacağına inanırdı. İndi bütün Avropa ölkələrində də COVID-19 xəstələrinin sayında kəskin artım qeydə alındığını görürük”, - deyə ukraynalı nazir bildirib.

 

Stepanovun sözlərinə görə, Ukraynada ikinci dalğa üçün xəstəxanalar hazırlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü