Modern.az

3 PKK terrorçusu zərərsizləşdirildi

3 PKK terrorçusu zərərsizləşdirildi

Aktual

13 Avqust 2020, 00:22

Türkiyə Hərbi Hava Qüvvələri "Pəncə-Pələng" əməliyyatı çərçivəsində İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, əməliyyat Haftanin rayonunda aviasiyanın dəstəyi ilə həyata keçirilib.

Əməliyyatlar zamanı mülki şəxslərə və yaşayış məntəqələrinə hücum edilmədiyi qeyd olunur.

Qeyd edək ki, "Pəncə-Pələng" əməliyyatı Türkiyənin təhlükəsizliyini təhdid edən PKK və digər terror qruplaşmalarının üzvlərinin neytrallaşdırılması məqsədi ilə keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu