Modern.az

Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı

14 Avqust 2020, 11:28

Ermənistanda koronavirusa yoluxanların sayı 41 299 nəfərə çatıb.

 

Modern.az erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 276 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 5 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 814 nəfər koronavirusdan ölüb, 6 079 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi