22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
14 Avqust 2020, 16:16 | AKTUAL
“İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub” 

İtaliyanın “La Verita” qəzeti Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktını təhrif edən, işğalçı ölkənin Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatın məsuliyyətini ölkəmizin üzərinə qoymağa çalışan Ermənistan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maria Karapetyanın məktubunu dərc etdikdən sonra, dərhal qəzetin redaksiyasına müraciət edərək, münaqişə ilə bağlı faktların kobud şəkildə təhrif edilidiyini xatırlatdım və jurnalistikanın prinsiplərinə, o cümlədən İtaliya qanunvericiliyinə uyğun olaraq bizim mövqeyimizin də yayımlanmasını xahiş etdim.

 

Modern.az xəbər verir ki, bu sözləri “Haqqin. az” saytına açıqlamasında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisdə Azərbaycan – İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri və AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Azər Kərimlinin sözlərinə görə, qəzet bir müddət sonra Azərbaycan tərəfinin mövqeyini əks etdirən məktubu dərc edib. Məktubda Ermənistan parlamentinin deputatı Ermənistan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maria Karapetyanın hadisələri məqsədyönlü şəkildə təhrif etdiyi bilirilib:

 

“Bununla yanaşı, məktubda Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədinin olmadığını vurğulamışdım və qeyd etmişdim ki, Azərbaycanın məqsədi Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun tezliklə işğaldan azad edilməsi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasıdır ki, bu da çoxsaylı beynəlxalq təşkilatların sənədlərinin, o cümlədən BMT TŞ-nın dörd qətnaməsinin tələbidir. Ermənistanın isə məqsədləri bəllidir:

 

1) mürəkkəb daxili siyasi, iqtisadi və sosial vəziyyətdən diqqəti yayındırmaq,

 

2) bu hərbi təxribatlardan istifadə edərək,qısa müddət öncə Ermənistanın müdafiə nazirinin də bildirdiyi kimi, yeni ərazilər zəbt etmək,

 

3) münaqişəyə üçüncü tərəfləri cəlb etmək,

 

4) Avropanın enerji təhlükəsizliyinə töhfə verən strateji enerji nəqliyyatı infrastrukturunun keçdiyi Tovuz rayonu kimi mühüm əhəmiyyətli ərazidə qeyri-sabitlik yaratmaq. Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlamasından bir neçə ay öncə Ermənistanın belə bir hərbi avantüraya əl atması da təsadüfi sayılmamalıdır”.

 

Azər Kərimli bundan başqa, İtaliyanın “InTerris” analitik-xəbər portalında jurnalist Milena Castiglinin “Caritas Armenia yoxsulların yanında: Qafqazda sülh körpüsü” adlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı erməni tərəfinin mövqeyindən çıxış edən, habelə Ermənistandakı vəziyyəti həqiqətə uyğun olmayan tərzdə təqdim edən qərəzli məqaləsinə cavab olaraq italyan tədqiqatçı-jurnalist Domeniko Letizianın “Ermənistan və Azərbaycan: münaqişəni sülh yolu ilə həll etmək bu səbəbə görə mümkün olmur” adlı məqaləsinin də dərc edildiyini xatırladıb:

 

“Bu məqalədə Ermənistanın ağır iqtisadi və epidemioloji vəziyyətlə üzləşdiyi, bu səbəbdən ölkə rəhbərliyinin ictimaiyyətin diqqətini mövcud problemlərdən yayındırmağa məcbur olduğu, hərbi təxribatlara əl atdığı və iki ölkə arasındakı dövlət sərhədi boyu, Tovuz rayonu istiqamətində Azərbaycan ərazilərini ağır artilleriya atəşinə məruz qoyduğu bildirilir”.

 

Deputat qeyd edib ki, Azərbaycanın diplomatik həmlələri artdıqca, dünyanın müxtəlif ölkəlrində yaşayan həmvətənlərimiz öz tarixi vətənlərinin ədalətli mövqeyini daha fəal şəkildə müdafiə etdikcə, ermənilərin informasiya təxribatlarının sayı da artır və bu baxımdan hər cür təxribata hazır olmalı, fəallığımızı gücləndirməli və cənab Prezidentin qeyd etdiyi kimi, hücum mövqeyində dayanmalı, təşəbbüsü tamamilə ələ almalı, erməniləri müdafiə olunmağa məcbur etməliyik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mətbuat katibi koronavirusa YOLUXDU 22 Sentyabr 2020, 16:17 Mehriban Əliyeva Şağan qəsəbəsindəki bağçanın açılışında iştirak edib 22 Sentyabr 2020, 16:11 Ermənistanın da aldığı Su-30 qırıcısı QƏZAYA UĞRADI 22 Sentyabr 2020, 16:06 Dilbilməz-1 22 Sentyabr 2020, 16:02 Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında... 22 Sentyabr 2020, 15:52 İqtisadiyyat Nazirliyində yeni TƏYİNAT 22 Sentyabr 2020, 15:47 Toponimiya komissiyası Saqian kəndinin Günəşli adlandırılmasını BƏYƏNDİ 22 Sentyabr 2020, 15:46 “Torqovı”da geyim mağazasında YANĞIN 22 Sentyabr 2020, 15:41 Psixiatriya Xəstəxanasının xəstələri digər poliklinikalara köçürülür - SƏBƏB 22 Sentyabr 2020, 15:36 Lukaşenko Avropanın baş diplomatı ilə görüşməkdən imtina etdi 22 Sentyabr 2020, 15:34 Azərbaycanda virusdan sağalanlar yoluxanları yenidən üstələdi - 2 ölüm 22 Sentyabr 2020, 15:30 Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı 22 Sentyabr 2020, 15:24 Azərbaycanda həkimlərin sayı kəskin azalıb 22 Sentyabr 2020, 15:18 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”  - FOTO 22 Sentyabr 2020, 15:12 AŞPA Tofiq Yaqublu ilə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 15:06 Səhər yeməyi üçün ən təhlükəli QİDALAR 22 Sentyabr 2020, 15:00 Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18