Modern.az

Kafe-restoranlarda sanitar qovşaqlar bağlı olacaq?

Kafe-restoranlarda sanitar qovşaqlar bağlı olacaq?

Aktual

15 Avqust 2020, 12:05

“İaşə müəssisələrinin fəaliyyət göstərməsi üçün elan olunan tələblər məlumdur”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

 

O bildirib ki, sanitar qovşaqla bağlı xüsusi qeydin olmamasına baxmayaraq, istənilən sahibkarlıq subyektində ara məsafəyə dair tələblər müəyyən olunub:

 

“Həmin tələblər qorunmaq şərti ilə hansısa iaşə obyektində sanitar qovşağın fəaliyyət göstərməməsi ilə bağlı hansısa qeyd müəyyən edilməyib. Ancaq sanitar qovşağın ölçüsündən asılı olaraq sahibkarlıq subyektləri müştərilərə məlumat verməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!