Modern.az

Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA

Aktual

15 Avqust 2020, 13:48

“Ermənistanın Baş naziri Nikol Paşinyanın BBC-nin “HARD Talk” proqramına müsahibəsində biz ədadlətli jurnalistikanı, haqlı və ədalətli sualları gördük”.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Prezidentin köməkçisi qeyd edib ki, Qərb junalistikasında belə bir deyim var ki, yanlış sual yoxdur, yanlış cavab var:

“Paşinyanın BBC-nin “HARD Talk” proqramına müsahibəsində də düzgün qoyulmuş suallara yanlış, təhrif olunmuş, qeyri-peşəkar cavabların şahidi olduq.

Müsahibə zamanı Nikol Paşinyana ünvanlanmış çox düzgün və haqlı sualar var idi.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar işğalçı siyasəti, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi məsələlər suallarda əks olunmuşdu. Konkret sual qoyuldu ki, bunun ya “Hə” cavabı var, ya “Yox” cavabı var”.

Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı törədilən cinayətlərdə Ermənistanın dövlət səviyyəsində məsuliyyəti var:

“Ümumilikdə müsahibə alınan tərəfin qeyri-peşəkarlığı, özünü komik bir vəziyyətə salması və digər hallar barəsində əlavə şərhlər vermək istəməzdim. Biz Paşinyanın bu vəziyyətə düşməsinə Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatı zamanı da şahid olmuşduq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır