Modern.az

Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı

Koronavirusdan sağalan Cavid Paşayev evə buraxıldı

15 Avqust 2020, 16:37

Koronavirusdan sağalan Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinin müdiri, həkim Cavid Paşayev evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov bildirib.

 

Deputatın sözlərinə görə, 36 yaşlı C. Paşayev xəstəliyə qalıb gəlib: “Ən çətin günlərində böyük bir komanda gecə-gündüz demədən sənin müalicəni müzakirə etdi, sənə görə bəzən mübahisə etdi, hətta bəzən dalaşdıq, savaşdıq amma təslim olmadıq. Çünki hamının yeganə hədəfi var idi.... Səni yaşatmaq!”

 

O, C. Paşayevin sağalmasında ECMO cihazının effektivliyini xüsusilə qeyd edib: "Beləliklə, dünyanın qabaqcıl səhiyyələrində hələ də müzakirə olunan, COVID 19-la mübarizədə effektivliyinə şübhə ilə yanaşılan ECMO istifadəsinin ölkəmizdə daha bir uğurlu nəticəsinin sonuna gəldik!".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!