Arxiv
19 Avqust 2020, 12:39 | MEDİA
“Media könüllüləri 145” jurnalistikamıza çox şeylər qazandıracaq – ELŞAD EYVAZLI

Milli Mətbuatımızın yaranmasının 145 illiyi ərəfəsində Parlament Jurnalistlər Birliyi (PJB) “Media könüllüləri 145” layihəsinə start vermişdi.

 

Bəs, ötən müddət ərzində bu istiqamətdə hansı işlər görülüb?

 

Qurumun rəhbəri Elşad Eyvazlı bildirib ki, sentyabrdan bu istiqamətdə işlər aktiv fazaya keçəcək: “Bu məsələdə bizə dəstək olduğu üçün Bakı Dövlət Universtitetinin Jurnalistika fakültəsinə təşəkkür edirəm. Hesab edirəm ki, layihə  Azərbaycan jurnalistlərinin yetişməsində, onların formalaşmasında, yeni çağırışlara cavab vermələri baxımından mühüm rol oynayacaq. Bu layihədən jurnalistika qazanacaq. Ona görə də bu layihənin gerçəkləşməsində cəmiyyətin hər bir üzvünün, eləcə də əlaqədar qurumların dəstəyi vacibdir”.

 

E.Eyvazlı  qeyd edib ki, artıq Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 145 tələbəsinin böyük bir qismi ilə online görüşlər keçiriblər.

 

“Hazırda təsnifatlandırma aparılır və bu bölgü avqustun sonunda başa çatacaq. Yuxarıda qeyd etdiyim kimi Sentyabrın 1-dən layihənin icrası intensivləşəcək. Bilirsiniz, Jurnalistika fakültəsində təhsil alan gənclər gələcəyin jurnalistləridir. Biz onların daha yaxşı formalaşması, ölkəmizi xaricdə layiqincə təmsil etmələri üçün müxtəlif şəkildə dəstək göstərəcəyik”.

 

PJB sədri strukturlaşma və təsnifatlandırmadan sonra həm yerli, həm də xarici tanınmış mütəxəssislərlə birlikdə online seminarlar keçirəcəklərini də vurğulayıb.

 

“Biz ölkədəki media rəhbərləri ilə görüşlərə də start vermişik. Tələbə olmaqlarına baxmayaraq, dərsdən sonra onların işlə təmin olunması, jurnalist kimi formalaşmasına dəstək olmaq üçün redaktorlarla görüşlərə başlamışıq. Görüşdüyümüz media rəhbərləri bu istiqamətdə hər zaman dəstək olacaqlarını bildirirlər”.

 

E.Eyvazlı layihənin əsas hədəflərindən də danışıb.

 

“Bu il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Könüllülər ili” elan edilib. Bütün sahələrdə könüllülər var. Biz düşündük ki, media sahəsində niyə könüllülər olmasın?

 

Könüllülər gələcəyin kadr bankıdır. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, xaricdə ölkəmizi təmsil edən jurnalistlər demək olar ki, yox dərəcəsindədir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə azərbaycanlı jurnalistlərin çalışması şərtdir. Xarici mediaya çıxış vacibdir. Qarşımızda duran çox mühüm məsələlərdən biri budur.

 

Artıq 145 tələbənin hər birinin hansı dili bildiyi, hansı sahəni seçdiyi ilə bağlı məlumatlar toplanıb.

 

Son hədəfimiz azərbaycanlı jurnalistlərinin dünya standartlarına cavab vermələri, xarici mediada çıxış etmələridir. Bunun üçün hərtərəfli resurslarımız var. Əminik ki, “Media könüllüləri 145”-dən jurnalistikamız qazanacaq. Könüllüləri aktiv olmağa çağırıram. Onlar indi aktivlik göstərməklə gələcəklərini qurmuş olacaqlar. Onu da bilin ki, söylədiklərim nəzərdə tutduğumuz işlərin kiçik bir hissəsidir”.

 

E.Eyvazlı deyib ki, artıq Türkiyədə bu layihəyə böyük maraq var və eyni məzmunlu işlər orada da həyata keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyindən erməni hərbçilərə məsləhət - silahı yerə qoyun və təslim olun 24 Oktyabr 2020, 19:38 Düşmənin hərbi texnikası və infrastrukturu məhv EDİLDİ 24 Oktyabr 2020, 19:20 Rusiya XİN Arturla bağlı məlumat yaydı 24 Oktyabr 2020, 19:05 Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57