Modern.az

Ərdoğan Trampla telefonla danışdı

Ərdoğan Trampla telefonla danışdı

27 Avqust 2020, 08:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Rabitə Nazirliyi açıqlama yayıb.

 

Danışıq zamanı xüsusilə Şərqi Aralıq dənizindəki ikitərəfli məsələlər və regional proseslər müzakirə olunub.

 

Prezident Ərdoğan Türkiyənin Aralıq dənizinin şərqində qeyri-sabitlik yaradan tərəf olmadığını xatırladaraq, Ankaranın gərginliyin azaldılması və dialoqun baş tutmasının tərəfdarı olmasının atılmış konkret addımlarla sübuta yetirildiyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -