Modern.az

London taksiləri üçün Bakıda elektrik doldurma stansiyaları quraşdırılır

London taksiləri üçün Bakıda elektrik doldurma stansiyaları quraşdırılır

2 Sentyabr 2020, 10:54

Bakıya gətirilən yeni London taksiləri üçün də elektrik doldurma stansiyalarının quraşdırılması planlaşdırılır.

 

Bu barədə Modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, stansiyaların quraşdırılacağı yer “Bakı Taksi Xidməti” MMC-nin parkı və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisidir:

 

"Hal-hazırda 50 ədəd yeni “LEVC TX” modelli taksi istifadəyə verilib. Avtomobillər Bakı şəhərinin müxtəlif yerlərində və “Azpetrol” yanacaqdoldurma məntəqələrində mövcud olan elektrik doldurma stansiyalarında, eyni zamanda, ev şəraitində də elektriklə təmin edilə bilərlər. Bundan əlavə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC-nin parkında və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində də elektrik stansiyalarının quraşdırılması planlaşdırılır".

 

Xatırladaq ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksisi smart konfiqurasiyalıdır və 130 kilometrə qədər elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir