Arxiv
8 Sentyabr 2020, 09:50 | MÜSAHİBƏ
TƏBİB-in İşçi qrupunun üzvü: “Pandemiya ilə mübarizədə bizdən asılı olmayan faktorlar var” - MÜSAHİBƏ

Tibbi Ərazi Bölmələrinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva koronavirus pandemiyası, onunla mübarizə tədbirləri, payızda gözlənilən artımla bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: 

 

- Nəzrin xanım, ötən aylarla müqayisədə ölkəmizdə yoluxma və sağalmada müsbət dinamika müşahidə edilir. Ümumi sanitar-epidemioloji vəziyyəti nəzərə alsaq, hazırda COVID-19-la bağlı Azərbaycandakı vəziyyəti necə qiymətləndirmək olar?

 

- Bəli, doğru vurğuladınız. Hamıya məlumdur ki, müsbət dinamika səbəbindən aylardır davam edən sərt karantin rejimi mərhələli şəkildə yumşaldılmağa başlayıb. Növbə ilə, addım-addım bir sıra qadağalar aradan qaldırılır. Bunun nəticəsidir ki, ölkədə COVID-19-a yoluxmada müəyyən stabillik müşahidə edirik.

Həm qonşu ölkələrin, həm də digər respublikaların hazırkı vəziyyətini nəzərdən keçirsək, bunu deməyə əsas verir ki, bizim vətəndaşlarımızın hər biri öhdəsinə düşən qaydalara öz miqayasında riayət etdiyinə görə hazırkı stabilliyi qoruyub saxlaya bilmişik. Təbii ki, burada aidiyyatı qurumların rolu da çox böyükdür. Biz bunu hər zaman vurğulayırıq. Amma biz bilməliyik ki, ən önəmli olan əhalinin davarnışıdır. Çünki ciddi azalma və artıma səbəb olan məhz bu faktordur.

- Ümumiyyətlə, ÜST, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın Tibbi bölməsi qarşıdakı payız aylarında həm mövsümi xəstəliklərin, həm də COVID-19-a yoluxmanın artacağı barədə xəbərdarlıq edirlər. Doğrudanmı payızda koronavirusla bağlı ikinci dalğa gözlənilir?

- Sərt karantin rejimindən sonra dərhal yumşaldılmaya gedilməsi və dərhal qadağaların aradan qaldırılmasının əleyhinəyəm. Mən düşünürəm ki, hazırda həyata keçirilən mərhələləli yumşaldılmalar daha effektlidir. Yumşalma prosesinə mərhələli şəkildə qədəm qoymaq və bir müddət dinamikanı izləmək vacibdir. Hər nə qədər müsbət dinamika müşhidə etsək də, vəziyyət nəzarət altına alınmış olsa da, unutmamalıyıq ki, pandemiya ilə mübarizə hələ də davam edir. Bizdən asılı olmayan bir sıra faktorlar var. Önümüzdə soyuq aylar bizi gözləyir, artıq məktəblərin açılışına hazırlaşırıq. Bu da özü ilə bərabar həm ictimai nəqliyyatda, həm də digər məkanlarda sıxlığın artmasına səbəb ola bilər ki, bizi də narahat edən məsələnin ikinci tərəfidir. Bütün bu fürsətlərin bizim üçün problemə çevrilməsinin qarşısını almaq üçün hər zaman ehtiyat tədbirlərini gözləməliyik. Tibbi maska, sosial məsafə həyat tərzimizə çevrilməlidir. Yumşalmalara getdikcə, bu vasitələrdən istifadəni unutmamalıyıq.
 

- Həmçinin, virusun istiyə dözümsüz olduğu deyilir, amma ölkəmizdə iyun-iyul yoluxmalarında bunun əksini gördük. Bu baxımdan qışda mütəxəssislərin düşündüyünün əksini müşahidə etmək ehtimalı varmı?


- Virusun istiyə dözümsüzyünə gəldikdə, bu, sadəcə əvvəlcədən irəli sürülmüş fərziyyədir. Nəzərə alsaq ki, virus sağlam şəxsə digər şəxsdən yoluxur. Sırf virusun yaşama qabiliyyətini saxlayıb-saxlamaması baxımından hava şəraiti o dərəcədə önəmli deyil. Yoluxma sayına təsir etdiyi məqam ondan ibarətdir ki, soyuq aylarda insanlar daha çox qapalı məkanlarda olmağa üstünlük verirlər, nəninki yay aylarında. Virusun artmasında bu əsas faktor olaraq, özünü göstərir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38 Nazirliyin 25 əməkdaşı COVID-19-a yoluxdu - 1 nəfər öldü 25 Sentyabr 2020, 16:33 AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib 25 Sentyabr 2020, 16:27 Daha iki sinif distant təhsilə keçdi 25 Sentyabr 2020, 16:22 Putin hərbi təlimlərə helikopterdə gəldi 25 Sentyabr 2020, 16:16 Bakının bu rayonlarında su olmayacaq 25 Sentyabr 2020, 16:10 Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru - FOTO 25 Sentyabr 2020, 16:05 Azərbaycanlı deputat: “Gürcüstanın səfiri ilə tez-tez görüşürük” 25 Sentyabr 2020, 16:00 Daha 13 şagirddə koronavirus tapıldı – RƏSMİ 25 Sentyabr 2020, 15:54 Azərbaycanın 10 milyonuncu adamı FOTOLARDA 25 Sentyabr 2020, 15:49 Bakıda bu ünvanda yeni səki istifadə verildi - FOTOLAR 25 Sentyabr 2020, 15:44 Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik   25 Sentyabr 2020, 15:40 Azərbaycanda virusa yoluxma yenidən azaldı - 2 nəfər öldü 25 Sentyabr 2020, 15:35 Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır 25 Sentyabr 2020, 15:32 Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı 25 Sentyabr 2020, 15:26 Lukaşenkonu təbrik edən yeganə prezident... 25 Sentyabr 2020, 15:21 Azərbaycanın ən gənc tələbəsi: “Orta məktəbə 4 yaşında getmişəm...” 25 Sentyabr 2020, 15:16 Tanınmış teleaparıcı yenidən efirə qayıtdı 25 Sentyabr 2020, 15:10 Əczaçılıq sahəsinin reallıqları və perspektivləri 25 Sentyabr 2020, 15:04 Azərbaycanda yeni alüminium zavodu tikiləcək 25 Sentyabr 2020, 14:58 2021-ci ildə Azərbaycan Qran Prisi nə vaxt keçiriləcək ? – TƏQVİM 25 Sentyabr 2020, 14:52 AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq - VİDEO 25 Sentyabr 2020, 14:47 DİM abituriyent və subbakalavrlara müraciət etdi 25 Sentyabr 2020, 14:42 Xarici İşlər Naziri Yunanıstanın Azərbaycandakı yeni səfirini qəbul edib 25 Sentyabr 2020, 14:36 “Cənnət bağı”nda ağac kəsənlərə cinayət işi açıldı 25 Sentyabr 2020, 14:30