Arxiv
10 Sentyabr 2020, 16:56 | AKTUAL
Avqustda qlobal ərzaq qiymətləri artıb

Şəkər, bitki yağı və taxılın beynəlxalq qiymətləri iyul ayına nisbətən artıb, bununla da qlobal taxıl məhsullarının qiymətləri illik rekord göstəricisinə çatmaqda davam edir.

 

Modern.az Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən xəbər verir ki, qlobal ərzaq qiymətləri, ümumiyyətlə daha güclü tələbin və ABŞ dollarının zəifləməsi səbəbindən ardıcıl üçüncü ay olaraq avqust ayında da artmaqda davam edib:

 

“Ən çox satılan ərzaq məhsullarının beynəlxalq qiymətlərinin dinamikasının izləndiyi FAO-nun ərzaq qiymətləri indeksinə görə avqust ayında orta hesabla 96,1 bal təşkil edib, bu da ötən aya nisbətən 2,0 faiz çoxdur.

FAO Taxıl qiymət indeksi, iyul ayından etibarən 1,9 faiz artaraq 2019-cu il avqust ayındakı dəyərindən orta hesabla 7,0 faiz artım göstərib və burada dənli bitkilər və taxıl məhsulları ilk sırada yer alıb. Darı məhsulunun qiymətləri Çinin böyük idxal tələbi səbəbindən 8.6 faiz artıb və keçən ilə nisbətən burada 33.4 faiz artım müşahidə olunur. Qarğıdalı qiymətləri, Ayova (Iowa) ştatındakı son məhsul azlığının tədarükə təsir edəcəyinə dair narahatçılıqlar bu məhsulun 2,2 faiz artmasına səbəb olub. Düyünün beynəlxalq qiymətlərində də mövsümdən asılı olan səbəblər və Afrikadan bu məhsula olan tələbin artması ilə yüksəlmə müşahidə edilib.

 

FAO şəkər qiymətləri indeksi əvvəlki aya nisbətən 6,7 faiz artaraq, dünyanın ikinci ən böyük şəkər ixracatçısı olan Avropa Birliyi və Taylanddakı əlverişsiz hava şəraitləri və Çinin güclü idxal tələbi nəticəsində istehsalın azalmasına səbəb oldu. FAO bitki yağı qiymət indeksi başda palma yağı olmaqla soya, günəbaxan və kolza yağları daha çox tələbata əsasən 5.9 faiz artıb.

FAO süd qiymətləri indeksi, İyul ayından etibarən dəyişməz olaraq qalıb, Okeaniyada geniş mövsümi ixrac imkanları gözləntiləri fonunda pendir və süd tozu qiymətləri aşağı enib, avqust ayında isti havanın təsiri nəticəsində südün azalması və Avropadan ixracatın azalması səbəbindən yağ qiymətləri yüksəlib.

FAO ət qiymətləri indeksi də iyul ayından etibarən demək olar ki dəyişməyib, 2019-cu ilin avqust ayına nisbətən 8,9 faiz azalsa da mal-qara və quş ətinə olan aşağı idxal tələbinin təsiri Çindən donuz ətinə olan tələbinin artması ilə kompensasiya olunub”.

Taxıl məhsulları istehsalına dair proqnozlara görə, FAO, Amerika Birləşmiş Ştatlarında daha az qarğıdalı istehsalının olacağı gözləntilərinə əsasən 2020-ci ildə dünya taxıl istehsalına dair proqnozunu iyul proyeksiyasından etibarən 25 milyon ton azaldıb:

 

“Bununla birlikdə, bu azalmaya baxmayaraq belə bir nəticə 2019-cu ildə istehsal olunan məhsuldan 58 milyon ton çox təşkil edərək tarixin ən yüksək göstəricisi kimi müşahidə olunacaq.

Argentina və Braziliyada rekord dərəcədə qarğıdalı məhsulu istehsalı proqnozlaşdırılır. Həmçinin qlobal darı istehsalının əvvəlki ilə nisbətən 6 faiz artması gözlənilir. 2020-ci ildə dünya miqyasında düyü istehsalının da 509 milyon tonluq yeni bir rekorda çatması gözlənilir. Daha ətraflı məlumat, Taxıl Təchizatı və Tələbatı qısa məlumatında mövcuddur.

FAO-nun 2020/21 dünya taxıl istifadəsi üçün yeni proqnozuna əsasən illik 2,0 faiz artımla 2 764 milyon ton səviyyəsindədir.

 

Qlobal taxıl ehtiyatlarının 2021 mövsümündə 1,7 faiz nisbətində artaraq 895,5 milyon tona çatması və dünya taxıl ehtiyatlarının 31,8 faiz nisbətində, iyul ayından bir qədər aşağı düşməsi, lakin əvvəlki illərə nisbətən yüksək olması gözlənilir.

Gözlənilən budur ki, daha böyük həcmdə düyü və taxıl məhsulları tədarükü ilə canlanan 2020/21-ci illərdə dünya taxıl ticarəti, 2019/20 illərindəki səviyyəsindən 1,6 faiz daha çox, 441,4 milyon ton səviyyəsində olacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan daha 59 hərbçisinin ölümünü ETİRAF ETDİ 28 Oktyabr 2020, 13:25 Oğlunu cəbhəyə yola salan deputat: “Övladlarım bu Vətənə qurban olsun” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 13:20 İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ 28 Oktyabr 2020, 13:08 Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Mustafa Şentop 28 Oktyabr 2020, 13:04 Nazirlikdən jurnalistlər binası ilə bağlı YENİLİK 28 Oktyabr 2020, 13:00 “Sona qədər Azərbaycanın yanındayıq” - Hulusi Akar 28 Oktyabr 2020, 12:54 Haqq savaşımızda ləyaqət nümunəsi - VİDEO 28 Oktyabr 2020, 12:48 Bakıda avtobus piyadanı vuraraq öldürdü 28 Oktyabr 2020, 12:42 Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq 28 Oktyabr 2020, 12:36 Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır 28 Oktyabr 2020, 12:30 Son bir ayda doğulan oğlanlara qoyulan adlar: UĞUR... 28 Oktyabr 2020, 12:28 Edinburq şəhərində Gəncə terroru pisləndi 28 Oktyabr 2020, 12:24 “Atamın istəyi o idi ki, Qubadlıda şəhid olsun” - Şükür Həmidovun oğlu 28 Oktyabr 2020, 12:20 Nazirlik əhaliyə MÜRACİƏT ETDİ: Düşmən böyük şəhərlərimizdə təxribat törədə bilər! 28 Oktyabr 2020, 12:14 İlham Əliyev “İnterfaks”a müsahibə verib 28 Oktyabr 2020, 12:08 Kəlbəcər necə qurulacaq… - İcra başçısının I müavini, deputat və ağsaqqalın ARZULARI 28 Oktyabr 2020, 12:03 Nəsiman Yaqublu Beynəlxalq konfransda erməni terrorunu pisləd 28 Oktyabr 2020, 12:00 Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olundu - FOTO 28 Oktyabr 2020, 11:55 Paşinyan daha bir vəzifəli şəxsi işdən çıxardı 28 Oktyabr 2020, 11:50 “İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 11:44 Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabları 28 Oktyabr 2020, 11:39 ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib 28 Oktyabr 2020, 11:34 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO  28 Oktyabr 2020, 11:28 Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu - RƏSMİ 28 Oktyabr 2020, 11:20 Biz bu işin zəruriliyini anladıq - “Voice of Karabagh” platformasının qurucusu 28 Oktyabr 2020, 11:14 Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 69-a çatdı   28 Oktyabr 2020, 11:08 Ermənistanda daha 2241 nəfər koronavirusa YOLUXDU 28 Oktyabr 2020, 11:02 Azərbaycan Müdafiə Nazirliyi: “Ordumuza məxsus PUA vurulmayıb” 28 Oktyabr 2020, 10:57 Dünya tarixində ən böyük metro faciəsindən 25 il ötür - FOTO 28 Oktyabr 2020, 10:52 Atəşkəs dövründə öldürülən azərbaycanlılar... 28 Oktyabr 2020, 10:46 “Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev 28 Oktyabr 2020, 10:40 “Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!” - Məhərrəm Əliyev 28 Oktyabr 2020, 10:34 Azərbaycanlı deputatlar Moldovaya gedir 28 Oktyabr 2020, 10:28 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnikanın VİDEO görüntüləri 28 Oktyabr 2020, 10:18