Modern.az

Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu - Video

Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu - Video

Mədəni̇yyət

13 Sentyabr 2020, 14:25

Ukraynada keçirilən "Qolos Ukrainı" müsabiqəsininin keçmiş iki iştirakçısı – azərbaycanlı ifaçı Vaqif Nağıyev və Odessada yaşayan nigeriyalı Anyanya Udonqvo Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i duet ifa ediblər.

 

Modern.az bildirir ki, V.Nağıyev bu mahnını çoxdan ifa etmək istəyirdi, lakin cəsarət etmirdi.

 

“Duet oxumaq təklifimi qəbul etdiyi üçün dostum Anyanya Udonqvoya təşəkkür edirəm. Mənim fikrimcə, hələ heç kim bu mahnını onun kimi gözəl oxumayıb”, - deyə azərbaycanlı ifaçı sosial şəbəkə hesabında yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı