Arxiv
14 Sentyabr 2020, 12:04 | DÜNYA
“Payız və qış çox ağır keçəcək” - Pandemiyanın 2-ci dalğası başlayan ÖLKƏLƏR

Koronavirus pandemiyasının ilk dalğasını dəf etdikdən sonra nisbətən stabilləşən epidemioloji vəziyyət yenidən pisləşməyə doğru gedir.

Modern.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, sentyabrın 14-ü COVID-19-a yoluxanların sayına görə, sutkalıq rekordu yeniləyib. Belə ki, 1 gündə 307,9 min insan virusa yoluxub. Bundan öncəki rekord sentyabrın 6-na təsadüf etmişdi. Həmin gün 304,6 min insan virusa yoluxmuşdu.

 

Statistikaya görə, hazırda dünyada 28,7 milyon insan COVID-19-a yoluxub. Ən çox yoluxma ABŞ (6,4 milyon), Hindistan (4,7 milyon) və Braziliyanın (4,3 milyon) payına düşür.

Sutkalıq yoluxma hallarının artması ekspertlərin aylar öncə xəbərdarlıq etdikləri ikinci dalğanın gəlişindən xəbər verir. Artıq bir sıra ölkələr yoluxma hallarının yenidən kəskin artması səbəbilə karantin rejimi sərtləşdirməyə, qadağaları yenidən bərpa etməyə başlayıb.

 

Belə ki, Avstriya kansleri Sebastian Kurts ölkədə ikinci dalğanın başlandığını elan edib.

“İndi bizim yaşadıqlarımız ikinci dalğanın başlanğıc mərhələsidir. Yoluxma gündən günə artır. Payız və qış çox ağır keçəcək”.

 

Kansler ortalama 350 yoluxamanın qeydə alındığı Avstriyada son günlər yoluxanların sayının 850-yə çatdığını açıqlayıb. O, epidemioloji vəziyyətin gərginləşəcəyi halda yoluxmanın sutkada 1000 nəfər çatacağını proqnozlaşdırır.

 

Eyni fikri Çexiya rəsmiləri də təkrarlayıb. Belə ki, yazda virusda sutkalıq yoluxma 400 nəfər idisə, son günlər Çexiyada sutkalıq yoluxma 1500 nəfəri keçir. Proqnozlara görə, yoluxma tempi artmağa davam edərsə, oktyabrın sonları üçün ölkənin bütün xəstəxanaları pasientlərlə dolacaq.

Fransada isə son sutkada 10 min yeni yoluxmanın qeydə alınması maska taxmaqla bağlı qaydaların sərtləşdirilməsinə gətirib çıxarıb. Amma karantin rejimini bərpası iqtisadi səbəblərdən hələ müzakirə olunmur.

Sentyabrda yoluxma hallarının əvvəli aylara nisbətən 30% artması Böyük Britaniyada da bəzi qadağaların bərpasına səbəb olub. Artıq insanların 6 nəfərdən artıqü bir yerə toplaşması qanunla qadağandır.

 

Epidemioloji vəziyyəti nəzarətə almış İsrail də ikinci dalğanın fəsadları ilə üzləşib. Sutkalıq yoluxmanın 2-3 min arasında dəyişdiyi ölkədə sentyabrın 18-dən sərt karantin rejimi bərpa olunur. Baş nazir Benyamin Netanyahu ölkənin virusa yoluxanların əhalinin sayına nisbətdə ən çox artdığı ölkələrdən biri olduğunu açıqlayıb.

Ölkədə kafe, restoran, ticarət mərkəzləri və məktəblər 3 həftə (18 sentyabr - 9 oktyabr) bağlı qalacaq. Bundan başqa, bəzi şəhərlərdə komendant saatı elan olunacaq, insanların yaşayış yerini 500 metrdən artıq məsafədə tərk etmək qadağan olunacaq.

 

 

Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri Hans Klüge isə payızın ortalarından Avropada epidemioloji vəziyyətin kəskin pisləşəcəyini gözləyir. Bunun nəticəsində oktyabr və noyabrda ölüm halları kəskin artacaq.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00