Modern.az

Türkiyədə koronavirusdan ölü sayı 7 249-a çatdı

Türkiyədə koronavirusdan ölü sayı 7 249-a çatdı

Aktual

16 Sentyabr 2020, 22:40

Türkiyədə son sutka ərzində daha 63 nəfər koronavirusdan ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 249  nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 112 645  nəfərdən 1 771-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı  296 391  nəfərə çatıb.

Müalicə olunan 1 342  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 262 602 nəfər təşkil edir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!