Modern.az

Ceyhun Bayramov Avropa İttifaqının komissarı ilə danışdı

Ceyhun Bayramov Avropa İttifaqının komissarı ilə danışdı

Aktual

18 Sentyabr 2020, 15:36

Sentyabrın 18-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Aİ Komissarı Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Aİ və Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıb, o cümlədən ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin Azərbaycanla Avropa arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq münasibətləri və Avropanın enerji təmin edilməsi üçün Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Avropa bazarına qazın nəqli və layihənin gələcəkdə genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Tərəflər, habelə digər maraq doğuran məsələləri müzakirə ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!