Modern.az

“Koronavirus pandemiyasının ikinci dalğası qaçılmazdır” - Baş nazir

“Koronavirus pandemiyasının ikinci dalğası qaçılmazdır” - Baş nazir

Aktual

18 Sentyabr 2020, 23:35

“Böyük Britaniyada koronavirus pandemiyasının ikinci dalğası qaçılmazdır”.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Boris Conson bildirib.

Boris Conson bildirib ki, indi biz ikinci dalğanın hücumunu görürük: "Bunu Fransada, İspaniya, bütün Avropa üzrə gördük. Bunu ölkəmizdə müşahidə etməyimiz tamamilə qaçılmazdır. Hökumət vəziyyəti diqqətlə izləyir və infeksiyanın yayılmasının qarşısını almaq üçün yeni tədbirləri qəbul etməyə hazırdır".

B.Conson bildirib ki, ikinci ümummilli karantinin tətbiqindən qaçmaq istərdi: "Hökumət əksəriyyəti normal rejimdə işləyən məktəblərin bağlanmasından, həmçinin Britaniyada iqtisadiyyata mənfi təsir göstərəcək digər tədbirlərdən qaçmağa çalışır. Ancaq bu yalnız insanların bizim göstərişlərimizə əməl edəcəkləri təqdirdə alınacaq".

Qeyd edək ki, gələn həftənin bazar ertəsindən ölkədə altı nəfərdən çox şəxsin qrup formasında toplaşması qadağandır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!