Arxiv
19 Sentyabr 2020, 19:03 | AKTUAL
Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev

“Tofiq Yaqublu ilə qərar siyasi müdriklikdir, həm də müxalifət üçün testdir”. 

Modern.az-ın məlumatına görə, bu fikirləri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev bu olayla bağlı fikirlərini təqdim edirik:


- Bakı Apelyasiya Məhkəməsinin Tofiq Yaqublunun sağlıq durumunda ciddi problemin yaranmasına yol verməmək üçün barəsindəki həbs qətimkan tədbirini dəyişdirərək ev dustaqlığı ilə əvəz etməsi ətrafında müzakirələr səngimir. Əlbəttə, bu qərar indiki vəziyyətdə ən doğru və vaxtında verilmiş qərardır və mən bunu alqışlayıram. Bu qərar həm də bir çox baxımdan maraq və əhəmiyyət kəsb edir.

Birincisi, Azərbaycan dövləti bu addımı atmaqla bir daha sübut etdi ki, vətəndaşın həyatı və sağlamlığı onun üçün hər şeydən üstündür. Bu qərarla ölkə Prezidenti cənab İlham Əliyev bütün dünyaya mesaj verdi ki, əgər onun vətəndaşının həyatı təhlükədədirsə, kimin nə deməsindən və ona necə qiymət verməsindən, yaxud həmin vətəndaşın hansı siyasi baxışlara sahib olmasından asılı olmayaraq o, öz vətəndaşının xilası üçün hər cür addım atmağa hazırdır və buna qadirdir.

İkincisi, bu qərar həm də onu göstərdi ki, Azərbaycan Prezidenti ictimai rəyə, ziyalı sözünə, Qarabağ qazilərinin, QHT və siyasi partiyaların müraciətinə hörmətlə yanaşır və onlara dəyər verir.

Üçüncüsü, bu qərar humanizm prinsiplərinin dövlət üçün nə qədər önəm daşıdığını və bu ali dəyərin zəruri hallarda siyasi kimliyindən asılı olmayaraq hamıya eyni dərəcədə və tərəddüdsüz tətbiq olunduğunu bir daha təsdiq etdi. Bununla bağlı çoxlu digər misallar da göstərmək olar. Yəqin çoxları səhhətində ciddi problemləri olan bəzi siyasi rəqiblərin və ya onların ailə üzvlərinin müalicəsi, müayinəsi üçün heç bir qarşılıq gözləmədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın etdiklərini yaxşı xatırlayır.

Dördüncüsü, bu qərar həm də Azərbaycan Prezidentinin cəmiyyətə və beynəlxalq ictimaiyyətə açıq bir siyasi mesajıdır: Ölkədə həyata keçirilən islahatlar, siyasi partiyalar və QHT-lərlə aparılan dialoq deklarativ xarakter daşımır, bu islahatların və dialoqun arxasında ciddi siyasi iradə və qətiyyət durur. Ölkədə ictimai barışı və anlaşmanı daha da gücləndirmək, ümummilli maraqlar naminə bütün siyasi və ictimai institutlarla əməkdaşlıq etmək niyyəti səmimidir və davamlıdır.

Beşincisi, bu qərar uzun müddət cəmiyyətin siyasiləşmiş kəsimini düşündürən və narahat edən bir vacib suala da cavab tapdı: İstənilən narazılığın və siyasi məsələnin həlli ölkədən kənarda, beynəlxalq qurumlarda deyil, yalnız və yalnız ölkə daxilində mümkündür. Ölkədaxili hər hansı bir məsələnin həlli Azərbaycan dövlətinə xaricdən edilən təzyiqlərdən və geosiyasi maraqlar naminə qəbul edilən qətnamələrdən keçmir, tam əksinə istənilən həssas və çətin görünən məsələnin həlli ölkəiçi müzakirələrdən və dövlətimizə güvənməkdən keçir. Bu reallığı tarix dəfələrlə sübut edib.

Sonda isə ümid edirəm ki, Tofiq Yaqublu ilə bağlı dövlətimizin sərgilədiyi bu mövqe və siyasi iradə bundan sonrakı siyasi proseslərə, hakimiyyət-müxalifət münasibətlərinə müsbət təsir edəcək, bir sıra digər məsələlərdə yeni dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq imkanları yaradacaq. Ancaq onu da qeyd etməliyəm ki, bu müxalifət düşərgəsinin məsləyə yanaşmasından və iqtidarın ortaya qoyduğu siyasi iradəni necə qiymətləndirməsindən daha çox asılı olacaq. Bu mənada hesab edirəm ki, Azərbaycan iqtidarı Tofiq Yaqublu ilə bağlı yaranmış məsələni müsbət həll etməklə siyasi müdrikliyini və böyüklüyünü bir daha nümayiş etdirdi. Lakin, bütövlükdə ölkə müxalifətinin belə bir siyasi müdriklik nümayiş etdirə bilməsi sualı hələ də açıq qalır.

Hazırda müxalifətin qarşısında iki seçim var: ya hakimiyyətin bu jestini düzgün qiymətləndirib bundan sonrakı siyasi islahatların daha da dərinləşməsində yaxından iştirak etmək, ya da 5-ci kalonun, marginallaşmış siyasi qrupların, xaricdən idarə olunan sosial şəbəkə hesablarının və internet TV kanallarının rişxəndlərinə, atmacalarına, özündənrazı ritorikalarına və qazanılan “böyük qələbə” isterikasına qoşularaq, bu qaragüruha boyun əyərək iqtidarı qıcıqlandırmaq yolunu tutmaq və siyasi mühitdə yaranmış tarixi fürsəti qaçırmaq.

Seçim çox deyil, ancaq tarixi və ümummilli maraqlar naminə stratejidir. Ona görə də, bütün ağıllı və rasional düşünən adamlar Tofiq Yaqublu haqqında verilən qərarı qaragürühun “qələbə”si yox, siyasi hakimiyyətin müdrikliyi hesab edir, həm də bu qərarın müxalifət üçün bir sınaq və test olduğunu düşünür.

P.S. Bəzi dairələrin və beynəlxalq qurumların sevimlisinə çevrilən işğalçı Ermənistanın baş naziri Paşinyanın 2018-ci ilin dekabrında həbsxanada aclıq elan etmiş siyasi partiya rəhbəri, jurnalist Mger Yeqizaryana olan münasibətini xatırlatmaq istəyirəm. Erməni ictimaiyyətinin, siyasi partiyaların və ailə üzvlərinin davamlı müraciətinə məhəl qoymayan Paşinyanın laqeydliyi nəticəsində 54 gün aclıqdan sonra Mger Yeqizaryan həyatını itirdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanladı 25 Oktyabr 2020, 14:34 Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi 25 Oktyabr 2020, 14:29 Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq 25 Oktyabr 2020, 14:17 Qubadlının işğaldan azad olunan kəndləri - VİDEO 25 Oktyabr 2020, 14:05 Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəfə aldı 25 Oktyabr 2020, 13:58 Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı İFŞA ETDİ 25 Oktyabr 2020, 13:52 İbtidai insan-hay sürüsünün “qan-gen” yaddaşı: şər, böhtan, yalan... 25 Oktyabr 2020, 13:45 Hikmət Hacıyev: Ermənistanın Azərbaycana hərbi hücumları təcavüz aktıdır 25 Oktyabr 2020, 13:39 Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - Fotolar 25 Oktyabr 2020, 13:30 Hikmət Hacıyev 13 yaşlı Arturla vidadan video paylaşdı 25 Oktyabr 2020, 13:27 Nüvədililər İlham Əliyevə MÜRACİƏT ETDİLƏR: “Əgər razılıq versəniz…”  25 Oktyabr 2020, 13:22 RƏSMİ: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur 25 Oktyabr 2020, 13:18 "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" 25 Oktyabr 2020, 13:08 Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46