Modern.az

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

Dilqəm Əsgərovun oğluna 149 min manat ödəniləcək

20 Sentyabr 2020, 22:29

Erməni girovluğunda qalan Dilqəm Əsgərovun su altında qalan torpaq sahəsinə görə Melorasiya və Su Təsərrüfatı ASC tərəfindən maddi ziyan ödəniləcək.

Modern.az  xəbər verir ki, bu haqda D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Kürdoğlu Əsgərov  Moderator.az-a bildirib ki, bu məsələyə görə qurumun sədri Əhməd Əhmədzadə ilə telefon danışığı olub: "O, söhbət zamanı problemin həll ediləcəyini bildirmişdi. Bu gün isə mən idarənin işçiləri ilə bir daha görüşdüm və onlar atamın su altında qalan ferma və torpaq sahəsinə görə qiymətləndirmə apardılar. Onlar 149 min 300 manat maddi ziyan təyin etdilər və biz də bununla razılaşdıq. Mən də buna görə bank hesabı açdım və yaxın vaxtlarda həmin pul hesabıma köçürüləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir