Modern.az

Azərbaycana daxil olan valyutanın həcmi AZALIB

Azərbaycana daxil olan valyutanın həcmi AZALIB

22 Sentyabr 2020, 11:00

“Cari ildə ölkəyə daxil olan valyutanın həcmində keçən ilin müvafiq dövrünə nisbətən kifayət qədər azalma var”.

 

Bunu Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.


İqtisadçının sözlərinə görə, ölkəyə daxil olan valyutanın həcminin azalması həm neft qiymətlərinin aşağı düşməsi, həm də pandemiya ilə əlaqədardır:

 

“Azalmada ən azı 3 milyard dollara yaxın vəsait təkcə neft gəlirlərindədir. Həmçinin xaricdə, xüsusilə də Rusiyada yaşayan soydaşlarımızın göndərdikləri vəsaitin həcmində də azalmalar müşahidə edilir. Rusiyanın Mərkəzi Bankının məlumatlarına görə, bu ölkədən Azərbaycana göndərilən vəsaitin həcmi 3 dəfə azalıb. Gəlirlər bu ilin ilk 6 ayında 400 milyon dollardan bir az çox olub.

Digər ölkələrdən, Ukrayna, Türkiyə, Avropadan daxil olan valyutanın həcmi açıqlanmır. Təəssüf ki, Azərbaycan Mərkəzi Bankının məlumatlarında bu detallar yoxdur. Amma ümumi mənzərəyə əsasən demək olar ki, həmin ölkələrdən də daxil olan valyutanın həcmində ciddi azalma var”.


İqtisadçının sözlərinə görə, qarşı tərəfdən açıqlanan məlumatlar yalnız pulköçürmə xidmətləri vasitəsilə köçürülən vəsaitlərdən ibarətdir.

“Yəni əldən-ələ, cibdən-cibə, qohumdan-qohuma göndərilən pullar rəsmi rəqəmlərdə əks olunmur. Amma hm də sərhədlərin bağlı olduğunu nəzərə alsaq, hazırkı rəqəmlər elərəsmi məlumatlardakından fərqlənmir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir