Modern.az

Bakı metrosunda növbəti nasazlıq - İnterval artdı

Bakı metrosunda növbəti nasazlıq - İnterval artdı

Aktual

22 Sentyabr 2020, 11:38

“Nəriman Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş vermiş nasazlıq səbəbindən hazırda qatarların gecikməsi müşahidə edilir.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

 

O qeyd edib ki, bəzi qatarlar arasındakı interval 2 dəqiqəyədək artıb.

 

Xatırladaq ki, normal qrafikdə qatarlarası interval 2 dəqiqədir. Nasazlıq zamanı 2 dəqiqəyədək gecikmə bu intervalı 4 dəqiqəyə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir