Arxiv
22 Sentyabr 2020, 13:23 | AKTUAL
Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi  

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Arian Bauer və əvvəlki rəhbəri Elena Aymone Sesseranı  qəbul edib.

 

Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib.

 

Səbinə Əliyeva rəhbərlik etdiyi təsisatın fəaliyyət dövrü ərzində beynəlxalq təşkilatlarla, o cümlədən BQXK və bu qurumun ölkəmizdəki nümayəndəliyi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb. 

 

Təsisatın fəaliyyəti haqqında qonağa geniş məlumat verən Müvəkkil COVID-19 pandemiyası ilə əlaqədar təsisatda müvəqqəti olaraq insanların canlı qəbulu dayandırılsa da, müraciətlərin elektron formada, qaynar xətt və sosial şəbəkələr vasitəsilə qəbulunun davam etdirildiyini qeyd edib.   

 

Müvəkkil Suriya Ərəb Respublikasında davam edən vətəndaş müharibəsində iştirak etmək və silahlı dəstələrə qoşulmaq üçün ailələri ilə birlikdə həmin ölkəyə gedən, müxtəlif silahlı birləşmələrin tərkibində döyüşən Azərbaycan Respublikası vətəndaşlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların hazırda həmin ölkənin müxtəlif ərazilərində yerləşən çadır düşərgələrində əsir və girov kimi saxlanıldıqlarını bildirib. O qeyd edib ki, yaralılar və xəstələr düşərgədə tibbi yardımdan kənarda qalaraq baxımsız vəziyyətdədirlər, müvafiq əraziyə nəzarət edən qanunsuz silahlı dəstələr tərəfindən həmin düşərgədə saxlanılan uşaqlar işgəncələrə məruz qalır, zor tətbiq edilməklə ailələrindən alınır və ya oğurlanırlar. Müvəkkilin sözlərinə görə, Suriyada əsir və girovların saxlanıldıqları çadır düşərgələrində vəziyyət artıq humanitar fəlakət və insan həyatı üçün təhlükəli səviyyəyə çatıb.

 

Səbinə Əliyeva qeyd olunanları nəzərə alaraq BQXK-nın mandatı çərçivəsində Cenevrə Konvensiyalarına uyğun olaraq, hazırda Suriyadakı münaqişənin girovuna çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının maraqlarının müdafiə edilməsi, həmin şəxslər barədə məlumatların alınması və dəqiqləşdirilməsi, müharibə zonasında fəaliyyət göstərən sülhməramlı missiyalar qarşısında məsələ qaldırılması, girovluqda olduqları müddətdə işgəncəyə və qeyri-insani rəftara məruz qalmalarının qarşısının alınması, çadır düşərgələrində ehtiyac içində saxlanılan insanlara təxirəsalınmaz humanitar dəstəyin, yaralı və xəstələrə isə tibbi yardımın göstərilməsi, onların Azərbaycana qaytarılması və ailələrinə qovuşması istiqamətində tədbirlər görülməsi üçün  dəstək verilməsini xahiş edib. 

 

Müvəkkil, həmçinin 2014-cü ildə Azərbaycanın işğal altında olan torpaqlarında yaxınlarının məzarlarını ziyarət edərkən Ermənistan hərbi qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının pozulması ilə bağlı Ombudsman Aparatı tərəfindən dəfələrlə bəyanatlar yayımlandığını və aidiyyəti beynəlxalq qurumlara, o cümlədən BQXK-ya müraciətlər ünvanlandığını, ancaq bu günə qədər həmin insanların girovluqdan azad olunmadığını, kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpa olunmadığını və bununla bağlı Ermənistana hər hansı beynəlxalq təsir göstərilmədiyini təəssüflə qeyd edib.

 

Görüşdə, həmçinin cəbhə xəttindəki vəziyyət, eyni zamanda, iki qurum arasında gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.

 

Qonaq öz növbəsində regionlarda beynəlxalq humanitar hüquq sahəsində bilik və bacarıqların artırılması üçün birgə maarifləndirmə tədbirlərinin keçirilməsini təklif edib.

 

Sonda qonaqlar BQXK olaraq Müvəkkilin qaldırdığı məsələlərin həlli istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib, səmimi qəbul, açıq və ətraflı fikir mübadiləsinə görə təşəkkür ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazax şairlərdən Azərbaycana DƏSTƏK 25 Oktyabr 2020, 02:09 Vətən, Toyun Mübarək! 25 Oktyabr 2020, 01:50 Həbib ABŞ təmsilçisinə qalib gəldi 25 Oktyabr 2020, 01:04 “Tramp adlı oğlana səs verdim” - ABŞ prezidenti 25 Oktyabr 2020, 01:00 “Əl-Qaidə”nin önəmli şəxsi zərərsizləşdirildi 25 Oktyabr 2020, 00:53 Türkiyədə son sutkada 69 nəfər COVID-19-un qurbanı oldu 25 Oktyabr 2020, 00:40 Moskvada daha 68 nəfər koronavirusdan öldü 25 Oktyabr 2020, 00:33 Avropanın tənəzzülü yaxınlaşıb - Ərdoğan 25 Oktyabr 2020, 00:28 Gözün aydın, AZƏRBAYCAN! 25 Oktyabr 2020, 00:16 “Bayraktar” PUA-sının yaradıcısından Azərbaycan paylaşımı - FOTO 25 Oktyabr 2020, 00:09 Cəbhə gündəliyi: 24 oktyabrda nələr oldu... 25 Oktyabr 2020, 00:06 Əfqanıstanda partlayış - onlarla insan həlak oldu 24 Oktyabr 2020, 23:52 Daha bir hərbçimiz koronavirusla bağlı əhaliyə çağırış etdi - VİDEO 24 Oktyabr 2020, 23:48 Bakıda kütləvi dava - xəsarət alanlar var 24 Oktyabr 2020, 23:34 Fransa Türkiyədəki səfirini geri çağırdı 24 Oktyabr 2020, 23:28 Yolu keçən piyadanı maşın vurdu 24 Oktyabr 2020, 23:19 “General Həzi Aslanov” gəmisində partlayış olub 24 Oktyabr 2020, 23:13 Paşinyanın qızı rus xalqını təhqir edir 24 Oktyabr 2020, 23:06 Düşmənin hərbi obyektlərini və hədəflərini məhv edən zabitimiz- VİDEO 24 Oktyabr 2020, 22:51 Levandovski yeni rekorda imza atdı 24 Oktyabr 2020, 22:46 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO 24 Oktyabr 2020, 22:30 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi qadağandır - Prezidentin köməkçisi 24 Oktyabr 2020, 22:16 ABŞ-ın Azərbaycandakı Səfirliyindən vətəndaşlarına terror təhlükəsi barədə XƏBƏRDARLIQ 24 Oktyabr 2020, 22:13 Hərbi pilotumuzdan Azərbaycan xalqına ÇAĞIRIŞ 24 Oktyabr 2020, 22:00 “PKK terrorçuları Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı döyüşür” 24 Oktyabr 2020, 21:50 “Fransa Prezidentinin psixi müalicəyə ehtiyacı var” - Ərdoğanın çıxışı diplomatik qalmaqal yaratdı 24 Oktyabr 2020, 21:39 Ermənistan döyüşlərdə uşaqlardan istifadə edir - VİDEO 24 Oktyabr 2020, 21:28 Düşmənin 19 hərbçisini məhv edən snayperçimiz - VİDEO 24 Oktyabr 2020, 21:18 “Ayaks”dan darmadağın - 13:0 24 Oktyabr 2020, 21:10 Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı - VİDEO 24 Oktyabr 2020, 21:04 “El Klassiko”nun qalibi müəyyənləşdi 24 Oktyabr 2020, 20:55 “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 20:45 Cüdoçumuz qızıl medal qazandı 24 Oktyabr 2020, 20:38 Şəkidə ağır yol qəzası 24 Oktyabr 2020, 20:29 ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir 24 Oktyabr 2020, 20:14