Modern.az

Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI

Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI

22 Sentyabr 2020, 22:48

Rusiya prezidenti Vladimir Putinlə Fransa lideri Emmanuel Makronla arasında baş tutan telefon danışığının detalları məlum olub.

Modern.az Fransanın “La Figaro” qəzetinə istinadən xəbər verir ki, Putin telefon danışığı zamanı Makronla zəhərlənən müxalifətçi Aleksey Navalnını müzakirə edib.

 

Fransa qəzeti Putinin müzakirələr zamanı Navalnı barədə sərt tonda danışdığını və müxalifətçini öz zəhərlənməsini simulyasiya etməkdə ittiham edib.

“Navalnı keçmişdə də xəstələnməsini simulyasiya edən internet-boşboğazdır”.

 

Putinin telefon danışığı zamanı Navalnının özünü zəhərlədiyini istisna etmədiyini, “Noviçok” zəhərənin əldə olunmasının deyildiyi kimi, çətin əldə olunmadığını da əlavə edib.

 

“La Figaro”nun məlumatına görə, Putinin zəhərlənmədə “Latviya izi” ola bilməsi ehtimalı Makron tərəfindən dərhal rədd edilib. Fransa lideri Navalnının özünü zəhərləməsinin də qeyri-real olduğunu əlavə edib.

 

Xatırladaq ki, Vladimir Putin heç vaxt ictimai müzakirələr zamanı müxalifət liderindən sayılan Aleksey Navalnının adını çəkmir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır