Modern.az

Dəhşətli qəzada sürücü yol kənarına düşərək öldü - FOTO

Dəhşətli qəzada sürücü yol kənarına düşərək öldü - FOTO

23 Sentyabr 2020, 00:09

Bakının Sabunçu rayonu ərazisində şəhər istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil digər minik maşınına dəydikdən sonra, hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə, daha sonra isə yol kənarında olan dəmir arakəsmələrə çırpılıb.

Modern.az xəbər verir ki, nəticədə “Mercedes” markalı avtomobildə olan sürücü, avtomobildən çıxaraq bir neçə metr kənara düşüb və hadisə yerində dünyasını dəyişib. Sərnişinləri isə yüngül bədən xəsarətləri alıb.

“KamAZ” markalı yük avtomobilinin və digər minik maşının sürücüləri xəsarət almayıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım əməkdaşları gəlib.

Yolda qısa müddətlik tıxac yaranıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi