Modern.az

Bu gün Çempionlar Liqasında pley-off-un daha üç oyunu keçiriləcək 

Bu gün Çempionlar Liqasında pley-off-un daha üç oyunu keçiriləcək 

23 Sentyabr 2020, 09:06

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından daha 3-ü keçiriləcək. 

 

Modern.az xəbər verir ki, III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ı penaltilər seriyası ilə mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edəcək. 

 

Gözlənilmədən pley-offa vəsiqə qazanan Kiprin "Omoniya" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. Belçika təmsilçisi "Gent" isə Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək. 

 

23 sentyabr

 

UEFA Çempionlar Liqası

 

Pley-off mərhələsi

 

İlk oyunlar

 

23:00. “Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)

 

23:00. “Molde” (Norveç) - “Ferensvaroş” (Macarıstan)

 

23:00. “Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

 

Bu qarşılaşmaların cavab görüşləri sentyabrın 29-da gerçəkləşəcək. 

 

Qeyd edək ki, ilk oyun günündə "Krasnodar" Rusiyada Yunanıstan PAOK-unu, Avstriya "Zaltsburq"u İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"ni 2:1 hesabı ilə yenib. "Slaviya" isə Çexiyanın paytaxtı Praqada Danimarka "Midtüllann"ı ilə qolsuz heç-heçə edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi