Arxiv
23 Sentyabr 2020, 12:30 | QARABAĞ
Suriya hərbçisi ailəsi ilə Qubadlıya köçürüldü: YENİ FAKTLAR

Ermənistan hakimiyyəti bütün beynəlxalq qanunları pozaraq işğal altındakı Azərbaycan torpaqlarına köçürmə siyasətini nümayişkəranə şəkildə davam etdirir.

 

Modern.az xəbər verir ki, növbəti süni məskunlaşdırma faktı ermənilərin İşxanadzor adı verdikləri Qubadlı rayonunun Xanlıq kəndi ilə bağlıdır. Diaspor və Ermənistandan gələn xeyli ailənin məskunlaşdığı kəndə bu dəfə Suriyadan gələn erməni ailəsi yerləşdirilib. Suriya ordusunun sıralarında xidmət etmiş Hraç Qevorq, həyat yoldaşı və 5 yetkinlik yaşına çatmamış övladı (2 oğlu, 3 qızı) ilə 2016-cı ildə Ermənistana köç edib.

Dörd il Ermənistanda yaşadıqdan sonra o, Qarabağda süni məskunlaşdırma siyasətini koordinasiya edən Diasporla İş Üzrə Komissarlıq və Tufenkyan fondunun dəstəyi ilə Qarabağa köçürülüb. Avtomobil təmiri ilə məşğul olan Hraç Qevorq keçmiş hərbçi kimi işğal altındakı torpaqlarda baş tutacaq təlimlərə cəlb olunur, işğalçı erməni hərbçilərinə Suriya vətəndaş müharibəsində qazandığı təcrübəni bölüşür. Bu faktlar Ermənistan rəhbərliyinin Suriya və Livandan Qarabağa muzdlu döyüşçülər gətirməsi barədə rəsmi Bakının səsləndirdiyi ittihamların ciddi əsaslara malik olduğunu göstərir.

Məskunlaşdırma siyasəti ilə həm regionun demoqrafik xəritəsi dəyişdirilir, həm də əsgər çatışmazlığından əziyyət çəkən rəsmi Yerevan Qarabağa döyüş təcrübəsi olan hərbçilər yerləşdirir.

 

Ümumiyyətlə, Xanlıq kəndində 2003-сü ildə 211 erməni və xarici muzdlular məskunlaşdırılmışdısa, ötən 17 ildə intensiv köçürmə siyasəti burada məskunlaşanların sayını 800-ə qədər artırıb. Ərazi iqlim uyğunluğuna görə, Suriyadan köçürülən ermənilərin əsas yerləşdirildiyi yaşayış bölgəsidir. Hraç Qevorq kimi Suriya ordusunun sıralarında xidmət etmiş digər erməni Avetis Sanoyan da Azərbaycan torpaqlarında məskunlaşıb. Fermerliklə məşğul olsa da, o da hərbi təlimlər və məşqlər zamanı yerli birləşmələrə qatılır. Onun kimi adı məlum olan və olmayan yüzlərlə muzdlu döyüşçü hazırda Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında və Azərbaycanla sərhəddə xidmət aparır.

 

Onu qeyd etmək lazımdır ki, 2002-2003-cü illərdən Ermənistan rəhbərliyi Qubadlı rayonunun Xanlıq kəndini Qarabağın cənubu üçün regional mərkəz seçib. Rəsmi Yerevanın Arazboyu Azərbaycan torplaqlarını, ilk növbədə Zəngilan və Qubadlı rayonlarını ermənişlədirmək, bölgənin zənginliklərini mənimsəmək siyasətində Xanlıq kəndinə böyük rol verilir. Təsadüfi deyil ki, 2022-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulan, Qarabağı Ermənistana birləşdirəcək və Avropa Birliyinin də tikintisinə etiraz etdiyi yeni yol Gorus rayonunun Xınzirək kəndindən məhz Qubadlı rayonunun Xanlıq kəndinə qədər çəkiləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmənin hərbi texnikası və infrastrukturu məhv EDİLDİ 24 Oktyabr 2020, 19:20 Rusiya XİN Arturla bağlı məlumat yaydı 24 Oktyabr 2020, 19:05 Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57 Ordumuz Qubadlıda düşmənin döyüş təyarəsini MƏHV ETDİ 24 Oktyabr 2020, 15:50