Modern.az

“Lavrov bu tərəfdə sülhdən danışır, o biri tərəfdə erməniləri silahlandırır”

“Lavrov bu tərəfdə sülhdən danışır, o biri tərəfdə erməniləri silahlandırır”

Parlament

23 Sentyabr 2020, 15:45

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın işğal altında olan 5 rayonunun geri qaytarılması məsələsinə toxunub:

 “Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Rusiya 5 rayonun qaytarılması məsələsində nə dərəcədə səmimidir?

Eyni zamanda, 5 rayonun qaytarılmasının ardınca, sülhməramlı qüvvələrin əraziyə yerləşdirilməsi regionu nəzarətdə saxlamaq anlamına gəlirmi?

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Modern.az-a açıqlamasında 5 rayonun geri qaytarılmasının  yeni məsələ olmadığını bildirib:

“Lavrovun dedikləri masa üzərində olan “Madrid prinsipləri”nin tərkib hissəsidir. Zəhmət çəkin öz erməni tulalarının başına ağıl qoysunlar. Bunu da etmirlər. Həm belə deyirsən, həm də 40 təyyarə ilə Ermənistana silah-sursat daşıyırsan. Təbii ki, belə olan halda Ermənistan özünü azğınlaşmış aparacaq. Bir tərəfdə sülhdən danışırlar, o biri tərəfdən isə maneçilik törədirlər”.


Rasim Musabəyov Rusiyanın Paşinyan hakimiyyətini devirib yerinə Rusiyameylli şəxsin gətirilməsi ideyasını da şərh edib:

“Kimi devirirlər, devirsinlər. Bizim üçün vacibdir ki, bunların sözü ilə əməli üstü-üstə düşsün. Bu isə baş vermir. Bunlar altdan-altdan  erməniləri silahlandırırlar. Onlara siyasi və beynəlxalq dəstək verirlər. Sonra da ağzıgöyçək sözlər danışırlar. Elə bil ki, rusluq heç nə yoxdur. Halbuki, yenə də hər şey gedib rusun əməlinə ilişir”.


Politoloq sülhməramlıların regiona gəlməsi məsələsinə də toxunub:


“Sülhməramlı qüvvələr dedikdə Rusiya onları çağırmağımızı istəyir. Belə olan halda, o da gedib erməni tulasını ağıllandıracaq. Biz buna razılıq vermirik və əminəm ki, verməyəcəyik”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı