Modern.az

Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR

Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı XƏBƏR VAR

23 Sentyabr 2020, 19:20

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Dağıstanda saxlanıklan azərbaycanlılarla bağlı açıqlama yayıb.

Modern.az Komitənin mətbuat katibinə istinadən xəbər verir ki, bu ilin iyununda Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasından sonra saxlanılan vətəndaşlarımızın vəziyyəti daim Azərbaycan dövlətinin diqqətdədir.

 

“Məlum hadisə zamanı saxlanılan – barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustalığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi öz imkanları və səlahiyyətləri daxilində müvafiq qurumlarla əməkdaşılıq çərçivəsində lazimi bütün addımları atır. Proses digər dövlət orqanları ilə informasiya mübadiləsi aparılmaqla daim nəzarətdə saxlanılır”.

 

Komitənin məsul əməkdaşları Rusiyanın müxtəlif əyalətlərindən Dağıstan ərazisinə cəmlənmiş vətəndaşlarımızın ölkəyə qayıtmaq istəklərinin təmin edilməsinə dəstək vermək və qeyd edilən bu məsələ ilə əlaqədar dəfələrlə Dağıstana ezam olunub.

 

Bildiririk ki, Diasporla İş üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət qrumları vətəndaşlarımızın hüquqlarının qorunması,  onların problemsiz ölkəmizə geri dönmələri üçün bundan sonra da lazım olan bütün zəruri tədbirləri həyata keçirəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır