Modern.az

Türkiyədə daha 72 nəfər koronavirusdan öldü

Türkiyədə daha 72 nəfər koronavirusdan öldü

Aktual

23 Sentyabr 2020, 20:59

Türkiyədə son sutka ərzində daha 72 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 771 nəfərə çatıb:

"Bu gün ölkədə  koronavirus testindən  keçən 112 102  nəfərdən 1 767-nin cavabı pozitiv çıxıb.  Bununla da ölkədə koronavirusa yoluxanların sayı 308 069  nəfərə çatıb.

Müalicə olunan 1 027  xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 270 723  nəfər təşkil edir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır