Modern.az

Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR

Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR

24 Sentyabr 2020, 09:16

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri, görkəmli ictimai-siyasi xadim Vurğun Əyyubun ölümündən bir il ötür.

Modern.az-ın məlumatına görə, yaxınları bildiriblər ki, koronavirus pandemiyası səbəbindən mərhum Vurğun bəyin il mərasimini ənənəvi qaydada keçirmək mümkün deyil.

“Amma ümid edirik ki, pandemiya qaydaları çərçivəsində Vurğun bəyin məzarını ziyarət etmək mümkün olacaq. Məxsusi dəvət etmək fikrindən yan keçərək bildiririk ki, ailə üzvləri bir sıra vurğunsevərlərlə birgə sentyabrın 24-ü saat 12-dən etibarən Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbristanlığında Vurğun Əyyubu məzarı başında yad edəcəyik”,-ailədən bildirlib.

Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə ilk dəfə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini gerçəkləşdirib.


1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.

2014-cü ilə Müsavatda rəhbərlik dəyişəndən sonra V.Əyyub partiyanın Məclis üzvlüyündən çıxarılıb və sıravi üzv kimi qalıb.


Daha sonar Müsavatı tərk edən Vurğun Əyyub 2015-ci ildə tanınmış iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini seçilib.

V.Əyyub uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. O, 2019-cu ilin 24 sentyabrında 62 yaşında vəfat edib.

Allah rəhmət eləsin.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır