Arxiv
25 Sentyabr 2020, 14:00 | AKTUAL
“Parlament Sədrinin cəsarətli çıxışını yüksək dəyərləndirirəm” - Çingiz Qənizadə

Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkədir. 

Dövlət başçımızın siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici  funksiyasını yerinə yetirir. Bu mənada, Azərbaycanın istər bölgə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə danışarkən, Azərbaycan və Rusiya münasibətləri, əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi   üzərində xüsusi dayanmaq  istərdim.

 

Hazırda Azərbaycan ilə Rusiya arasında mehriban qonşuluq münasibətləri mövcuddur. İki ölkə arasında 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənədin  imzalanması əməkdaşlığın bütün sahələri əks etdirməsunə mühüm rol oynayıb. Bu sənədlər ən müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, sosial, humanitar, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Rusiya ticarət sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir.

 

İki ölkə arasında tarixi bağlılıq müstəqillik illərində sıx siyasi, iqtisadi, sosial, humanitar, mədəni əlaqələrin ardıcıl xarakteri və dərinləşməsi ilə müşayiət olunub. Parlamentlərarası dostluq münasibətlərinin yüksək səviyyədə olması da əməkdaşlığın genişləndirilməsində  əhəmiyyətli rol oynayıb. Azərbaycan-Rusiya əməkdaşlığının inkişafında hər iki ölkənin parlamentləri də fəal iştirak edirlər. Hazırda ölkələrimizin ali qanunverici orqanları arasında əlaqələr “Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin müddəalarına əsaslanır. Bu sənədə əsasən, daimi əməkdaşlıq üzrə parlamentlərarası komissiya yaradılıb.

 

Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın  bu günlərdə Rusiya Federasiyasına səfəri zamanı  dövlət rəsmiləri ilə keçirdiyi görüşləri, müzakirə olunan məsələləri, xüsusiə  Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı, Azərbaycan həqiqətlərinin olduğu kimi çatdırılmasını bir hüquq müdafiəçisi kimi yüksək dəyərləndirirəm.  Parlamentin Sədri bu çıxışında Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən, ulu öndər  Heydər Əliyevin Rusiya ilə hərtərəfli əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyni, hazırda prezidentlər İlham Əliyev ilə Vladimir Putin arasında mövcud olan dostluğun və qarşılıqlı etimadın ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafına güclü təkan verdiyini  diqqətə çatdırıb.

 

Respublikamızda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını, məscidlərin, pravoslav və katolik kilsələrinin, sinaqoqların sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdıran parlament Sədrinin bu fikri bir daha təsdiqlədi ki, Azərbaycan  çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Ölkəmizdə  Cənubi Qafqazda ən böyük - 120 mindən çox üzvü olan Rus icmasının fəaliyyət göstərməsi iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir.

Bu icmaya altıncı çağırış Milli Məclisin deputatı seçilən Mixail Zabelinin  başçılıq etdiyini bildirən Milli Məclisin Sədri Prezidenti İlham Əliyev çıxışlarının birində Rus icmasının fəaliyyətinə verdiyi  yüksək dəyəri də xatırlatdı: “Azərbaycandakı rus icması özünün milli və dini adət-ənənələrini, etnik özünəməxsusluğunu, dilini və mədəniyyətini qoruyub saxlamışdır. Bu gün çoxmillətli Azərbaycan cəmiyyətini rus vətəndaşları olmadan təsəvvür etmək olmaz”. Ölkələrimiz arasında məhsuldar humanitar əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi yeri olduğu da vurğulandı.

 

Parlamentinin Sədri xalqımızın  ən ağrılı yeri olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söhbət açdı.  Bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun işğal edildiyi bird aha xatırladıldı.  Ümumiyyətlə, Sahibə xanımın bu mövzuda cəsarətli çıxışı, Azərbaycan həqiqətlərinin olduğu kimi çadırması, Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkməməsini, bu ölkədə faşizm ideologiyasına meyilliyin dövlət səviyyəsinə qalxmasını, nasizmə hüsn- rəğbətini , Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu əks etdirən tarixi faktları diqqətə çatdırması yüksək dəyərə malikdir.

 

Milli Məclisin Sədri Dağlıq Qarabağın tarixi barədə bir sıra faktları  diqqətə çatdırıb. Onun çıxışındakı bəzi məqamları olduğu kimi  diqqətə çatdırmaq istərdim:  “1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyyəti quruldu. Bir il sonra isə - 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi “təhvil verilməsi” deyil, “saxlanılması” haqqında. 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini mənsubiyyətinə görə sıxışdırılmamışdı”.

 

Göründüyü kimi, S.Qafarova  Ermənistanın işğalçı ölkə olduğunu diqqətə çatdırıb və Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkmədiyini bildirib. Əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış  yüz minlərlə azərbaycanlının Ermənistandan zorla qovulması, 700 min etnik azərbaycanlının Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salınması Ermənistanın işğalçı siyasətinin bariz nümunəsidir.  

 

Parlamentin Sədri  Ermənistan Ordusnun işğal etdiyi Azərbaycan ərazilərindən qeyd- şərtsiz çıxarılması barədə  BMT  Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin, digər nüfuzlu beynəlxalq təşkilatların bu istiqamətdə qəbul etdikləri qərarların hələ də icra olunmamsından təəsüfləndiyni bildirib və bunu Ermənistanın beynəlxalq hüquq normalarına  hörmətsizliyi kimi dəyərləndirib. Ermənistanın bu gün atəşkəs rejimini mütəmadi pozması, sərhədboyu ərazilərdə təxribatları davam etdirməsi, dinc əhalini və hərbçilərimizi qətlə yetirməsi, kəndləri ağır artilleriyadan atəşə tutması bu ölkənin faşizm ideologiyasına sadiqliyinin göstəricisidir.

 

Bütün  bunların Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında  səsləndirilməsi çox vacib və əhəmiyyətlidir. Çünki Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birdir və bu qrup Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürüb.

 

Milli Məclisin Sədri Sahibə Qafarova çıxışının sonunda əminliklə bildirib ki, Azərbaycanla Rusiya arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davamlı olaraq möhkəmlənəcək, ölkələrimizin çiçəklənməsi və xalqlarımızın rifahı naminə inkişaf edəcək.

 

Bütövlükdə, bu səfəri və Parlament Sədrinin cəsarətli çıxışını yüksək dəyərləndirirəm.

 

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05