Modern.az

Azərbaycanlı deputat: “Gürcüstanın səfiri ilə tez-tez görüşürük”

Azərbaycanlı deputat: “Gürcüstanın səfiri ilə tez-tez görüşürük”

25 Sentyabr 2020, 16:00

“Xarici İşlər nazirimiz Ceyhun Bayramovun Gürcüstana səfəri çox mühüm əhəmiyyət kəsb edir. Məm Gürcüstan prezidenti ilə, həm də digər hökumət nümayəndələri ilə görüşlər oldu. Ən vacib görüşlərdən biri də Gürcüstan parlamentinin sədr müavini ilə idi”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin Azərbaycan-Gürcüstan parlamüntlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana rəsmi səfərini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Ceyhun Bayramovun Gürcüstan parlamentinin sədr müavini ilə görüşü müsbət haldır:

 

“Gürcüstan parlamentinin sədr müavini Kaxaber Kutçava həm də Gürcüstan-Azərbaycan dostluq qrupunun rəhbəridir. Kaxabar Kutçavanın dostluğumuzun və əməkdaşlığımızın ürəkaçan səviyyədə olduğunu deməsi çox müsbət haldır. Kaxabar Kutçava ilə mütəmadi olaraq ölkələr arasındakı məsələləri müzakirə edirik. Tovuz hadisələrində də Gürcüstanın Azərbaycan dövlətinin və xalqının yanında olduğunu deyib. Bizim çox normal münasibətimiz var. Eyni zamanda, Gürcüstanın Azərbaycandakı səfiri ilə tez-tez görüşlər keçiririk. Vacib məqamları müzakirə edirik”.

 

İşçi qrupunun sədri bildirib ki, Gürcüstan bizim üçün mühüm  strateji əhəmiyyətə malik dövlətdir:

 

“İqtisadi, siyasi, mədəni formalarda əlaqələrimiz mövcuddur. Çoxsaylı azərbaycanlıların yaşadığı qonşu dövlətdir. Düşünürəm ki, bizim strateji əməkdaşlığımız daha da genişlənməli və məqsədə müvafiq addımlar atılmalıdır”. 

 

Arzu Nağıyev oktyabrın 31-də Gürcüstanda keçiriləcək parlament seçkilərini İşçi qrupunun rəhbəri kimi müşahidə edəcəyini də istisna etməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...