Arxiv
25 Sentyabr 2020, 22:21 | AKTUAL
“Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Modern.az  xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Yaxşı və maraqlı oyun oldu. Məğlub olacaqdıqsa da, istəmirdik oyun bitsin. Son saniyələrdə hesabı bərabərləşdirib, bir xal qazandıq. Çempionatın asan olmayacağını ilk turdan hiss etmişdik. Sona kimi mübarizə aparmağımız məni qane etdi. Oktyabrın 1-də “Legiya” ilə vacib oyuna çıxacağıq".

- Heç-heçə sizi qane etdi?

-Gedişata görə, bəli. 2-3 dəqiqənin içində 2 qol buraxdıq. Hər qazanılan xaldan razı qalmışam.
Buraxılan hər iki qol cinahdan gələn topdan sonra oldu. “Legiya” da belə oyun tərziylə çıxış edir və cinahdan təhlükəli hücumlar edir. Demək olar ki, əks-hücumlardan qol buraxdıq. “Sumqayıt”ın oyun tərzi də elədir ki, ümumilikdə cinahlardan oynayırlar. Hər şey zərgər dəqiqliyi ilə yerinə yetirildi. “Legiya”nın oyununu hələ tam təhlil etməmişəm. Məşqçiləri dəyişib və fərqli fəlsəfələri var. Həddən artıq aqressiv komandadır. Topu özümüzdə saxlamalıyıq ki, hücumlarının kəsərini azaldaq.


- Zədəlilərin durumu nə yerdədir?
- Sual altındadır, tam bilinmir. Romero hələ komandaya tam qoşulmayıb. İki günə tam qoşulacaq. Onun “Legiya” ilə oyun üçün 90 dəqiqə hazır olacağını düşünmürəm. Zubir və Mahirin durumu ondan bir az yaxşıdır. Ümumilikdə isə heç biri tam hazır olmayacaq.

- Komanda artıq 4 oyundur qələbə qazana bilmir. Bu, bir enişdir?
- Belə seriyanı hamımız eniş adlandırırıq. Desəm ki, rəqiblər bizi tam üstələyir, yalan demiş olaram. Avroliqa oyunları da olanda, çempionata tam hazırlaşmaq asan olmur. Komanda sona kimi mübarizə apara bildi, sadəcə, belə komandalara qarşı sürəti aşağı salmayasan. Çempionat yeni başlayıb, heç də asan olmayacaq.

- Son 7 ildə “Qarabağ”ın mövsümə belə zəif başlaması yadıma gəlmir. Belə bir situasiyanı nəylə bağlayırsız?
- Nüanslar çoxdur, yəni, əvvəlcə elə pandemiyadan başlamaq lazımdır. Komandada həddindən artıq çox dəyişiklik oldu. Düzdür, vaxtilə 2-ci heyətlə də çempionatda qələbə qazanmışıq. Amma son zamanlarda bizim 2-ci heyətimiz də əsas heyətlə eyni səviyyədə olurdu. Hər il eyni səviyyədə mövsümə başlamaq çətindir. Nə vaxtsa problemlərimiz olmalıdır və bunu böyük klublarda da görürük. Biz yenə də çalışırıq ki, səviyyəmizi qoruyaq. Çempionatdakı komandalar da artıq bir-birini yaxşı tanıyır. Çalışırıq ki, işimizi düzgün və səbrlə edək. Ola bilər ki, nəticə olmasın, hər şey ola bilər. Amma əsas olan nəticənin necə olacağıdır. (Qafqazinfo)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyindən erməni hərbçilərə məsləhət - silahı yerə qoyun və təslim olun 24 Oktyabr 2020, 19:38 Düşmənin hərbi texnikası və infrastrukturu məhv EDİLDİ 24 Oktyabr 2020, 19:20 Rusiya XİN Arturla bağlı məlumat yaydı 24 Oktyabr 2020, 19:05 Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTO 24 Oktyabr 2020, 19:00 Düşmən qüvvələrindən əsir götürülənlər var - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 18:50 Sabiq nazir:Hazırda bölgədə 3 tərəf var - Ermənistan, Azərbaycan və koronavirus”  24 Oktyabr 2020, 18:47 Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub 24 Oktyabr 2020, 18:37 Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb   24 Oktyabr 2020, 18:30 “Amerikanın səsi” üzr istədi - FOTO 24 Oktyabr 2020, 18:28 Gəncə terrorunun qurbanları Hamburq və Frankfurtda yad edilib - FOTO 24 Oktyabr 2020, 18:23 “Ən böyük xəyalım Türkiyə və Azərbaycanı tək dövlət görməkdir” - İlker Başbuğ  24 Oktyabr 2020, 18:16 Bayrağımız Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - VİDEO 24 Oktyabr 2020, 18:09 Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq 24 Oktyabr 2020, 18:00 Azərbaycandan erməni əsgər və könüllülərə - “Təslim olun!” 24 Oktyabr 2020, 17:54 Parlament jurnalistləri yeni layihə reallaşdırıb 24 Oktyabr 2020, 17:48 Parisdəki Azərbaycan Evinin rəhbəri “Sputnik Frans”a müsahibə verib   24 Oktyabr 2020, 17:42 Hikmət Hacıyev Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumlardan DANIŞDI 24 Oktyabr 2020, 17:36 Müdafiə Nazirliyindən ermənilərə müraciət - işğal olunmuş ərazilərdə hərbi obyektlərdən uzaq durun 24 Oktyabr 2020, 17:30 Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı - 297 nəfər yaralandı 24 Oktyabr 2020, 17:25 “Ermənilərin bizim torpaqda qalmalarına icazə verməməliyik” - Elman Məmmədov 24 Oktyabr 2020, 17:20 Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları quruldu - FOTO 24 Oktyabr 2020, 17:14 Bruney Şahzadəsi vəfat edib 24 Oktyabr 2020, 17:07 Rusiya səfirliyindən Gəncə terrorunun qurbanı olan yeniyetmə ilə bağlı açıqlama 24 Oktyabr 2020, 17:00 Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirdi - VİDEO 24 Oktyabr 2020, 16:51 Fransanın məşhur “AGORA VOX Le media citoyen” informasiya portalında Qarabağla bağlı məqalə dərc olunub 24 Oktyabr 2020, 16:49 Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi” 24 Oktyabr 2020, 16:44 Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib 24 Oktyabr 2020, 16:36 Düşmən növbəti itkilərinin sayını açıqladı - SİYAHI 24 Oktyabr 2020, 16:33 Müdafiə Nazirliyindən yayılan saxta videolarla bağlı AÇIQLAMA 24 Oktyabr 2020, 16:31 “Bu səhər İlham Əliyevlə danışdım” - Ərdoğan 24 Oktyabr 2020, 16:25 Şəhid hərbçilərin və həlak olan mülki şəxslərin kreditləri TAM SİLİNDİ 24 Oktyabr 2020, 16:19 Düşmənin məqsədi ordumuzun Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev 24 Oktyabr 2020, 16:16 Düşmənin növbəti PUA-sı məhv edildi 24 Oktyabr 2020, 16:10 Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür... 24 Oktyabr 2020, 16:03 Serbiyanın “Natsionalna TV” kanalında ölkəmizdən danışılıb 24 Oktyabr 2020, 15:57