Modern.az

Qarabağda koronavirus TÜĞYAN EDİR: Xankəndi, Şuşa, Kəlbəcər, Xocalı...

Qarabağda koronavirus TÜĞYAN EDİR: Xankəndi, Şuşa, Kəlbəcər, Xocalı...

26 Sentyabr 2020, 11:30

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində epidemiloji vəziyyət kəskin pisləşib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən sutka ərzində pandemiya başlayandan bəri Qarabağda rekord sayda - 17 nəfərdə COVID-19 virusu aşkar olunub.

 

Virusa yoluxanların 9-u Xankəndi, 3-ü Şuşa, 2-si Kəlbəcərdə, 1-i Kəlbəcərin Qılıçlı kəndində, 1 nəfər isə Xocalı rayonunun Daşkənd kəndində yaşayan ermənilərdir.

İşğal olunmuş torpaqlarda bu günə qədər 421 nəfər virusa yoluxub, onlardan 2-si ölüb, 81 nəfər isə müalicə alır.

 

Amma çoxsaylı jurnalistlər və ictimai fəallar Qarabağda virusa yoluxanların rela sayının qat-qat çox olduğunu, bölgədə yaradılmış qondarma rejim rəhbərlərinin və rəsmi Yerevanın faktı ört-basdır etdikləri vurğulanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi