Arxiv
21 Yanvar 2010, 14:09 | PARLAMENT
Nazirlər deputatların zənginə cavab vermirlər

Nazirlər və digər yüksək rütbəli məmurlar, hətta icra başçıları millət vəkillərinin xidməti telefonla etdikləri zənglərə cavab vermirlər. Bu barədə Modern.az-a bəzi millət vəkilləri məlumat veriblər.

Deputatlar bildiriblər ki, nazirlər iş otaqlarına nömrə yazan telefonlar qoyublar və zənglərin deputatlardan gəldiyini müəyyənləşdirib onlara cavab vermirlər. «Biz öz iş otağımızdakı 4 rəqəmli nömrələri olan telefonlar vasitəsilə nazirlərə, komitə sədrlərinə zəng edirik və deputatın adını nömrə yazan telefon aparatında görən kimi onlar telefonu götürmürlər. Çox təəssüf ki, biz öz seçicilərimizin və rayonlarımızın problemləri ilə bağlı nazirlərə çıxa bilmirik. Təbii ki, hansısa nazirlə kimin şəxsi əlaqəsi varsa, onlar üçün belə bir problem yoxdur».

Deputatlar onu da qeyd ediblər ki, millət vəkillərinə Milli Məclisin komitə sədrlərinin otağından nazirlərə zəng etməyə də qadağa qoyulub: «Komitə sədrlərinin otağında «PATS» xüsusi rabitə vasitəsi var. Murtuz Ələsgərovun vaxtında elan olundu ki, bütün deputatlar komitə sədrlərinin otağındakı həmin rabitə vasitəsilə zəng edə bilərlər. Biz də lazım olanda həmin telefondan istifadə edirdik. Yəni biz həmin rabitə vasitəsindən zəng edəndə nazirlər elə bilirdi ki, zəng edən komitə sədridi və ona görə də telefonu qaldırırdı. Amma sonralar nazirlər buna görə başladılar komitə sədrinin də zənginə cavab verməməyə. Hətta elə komitə sədri var ki, məcbur olub sonra nazirin köməkçisinə zəng edib deyib ki, “nazirə söylə ona zəng edən mənəm”. Yalnız  bundan sonra nazir onun telefonunu qaldırıb. Elə bu səbəblərə görə, komitə sədrlərinə göstəriş verilib ki, deputatların onların otağından zəng etməsinə qadağa qoyulsun».

Hazırda yüksək rütbəli məmurlara çıxışı olmayan deputatlar  yaranmış vəziyyədən narahatlığını bildirirlər: «Əgər bizim otaqlarımıza qoyulan telefon vasitəsilə biz bir millət vəkili olaraq öz seçicimizin problemini hansısa məmura çatdıra bilmiriksə, onda bu telefonlar nəyə lazımdır? Həmin telefonlar artıq millət vəkillərinin göz dağına çevrilib. Yaxşısı budur həmin telefonları yığışdırsınlar. Onsuz da zəngimizə cavab verən yoxdur». Modern.az

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neft yenidən bahalaşdı 12 Aprel 2021, 09:40 Ronaldo bu dəfə formasını yerə atdı 12 Aprel 2021, 09:34 “Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim” - Fəzail İbrahimli 12 Aprel 2021, 09:28 Qarabağ məsələsi Gürcüstan parlamentində 12 Aprel 2021, 09:24 “Şuşa” restoranında toy edənlər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 09:21 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 12 Aprel 2021, 09:18 Bakıda istirahət mərkəzində YANĞIN 12 Aprel 2021, 09:13 Beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini təsdiqlədi: “Mənfi” 12 Aprel 2021, 09:10 Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı... 12 Aprel 2021, 09:06 Azərbaycanın ən uzun asma körpüsü tikilir - FOTO 12 Aprel 2021, 09:00 Bakıda avtomobilə silahla atəş açılıb - FOTOLAR 12 Aprel 2021, 08:37 Dünyada koronavirusa yoluxanların sayı 136 milyonu ÖTDÜ 12 Aprel 2021, 08:30 Balakəndə gecə nişan mərasimi keçirənləri polis YAXALADI 12 Aprel 2021, 08:25 Bakıda azyaşlı bağlı qapı arxasında qalıb 12 Aprel 2021, 08:20 Samuxda toya gələn 14 nəfər CƏRİMƏLƏNDİ 12 Aprel 2021, 08:15 Artıq çəki insanı bu təhlükədən QORUYUR 12 Aprel 2021, 08:07 Dünyanın koronavirus statistikası 12 Aprel 2021, 00:57 “2024-cü ildə Ağ Evi Respublikaçı namizəd qazanacaq” - Tramp 12 Aprel 2021, 00:40 Hökumət başçısı 14 nazirlə Türkiyəyə gedir 12 Aprel 2021, 00:23 Əməkdar artist qardaşını və bacısını koronavirusdan itirdi 12 Aprel 2021, 00:07 Bakıda gənc oğlanı maşın vurdu 11 Aprel 2021, 23:55 Ruslar Ordumuzun altı karvanını MÜŞAYİƏT ETDİ 11 Aprel 2021, 23:41 Qırğızıstanda referendum baş tutdu - deputatların sayı azaldılır 11 Aprel 2021, 23:29 Türkiyədə koronavirusla bağlı son vəziyyət 11 Aprel 2021, 23:15 Azad Mirzəcanzadənin TƏVAZÖKARLIĞI 11 Aprel 2021, 23:02 Mingəçevir və Qazaxda bıçaqlanma 11 Aprel 2021, 22:59 General Muradov Qarabağda nə ilə məşğuldur? 11 Aprel 2021, 22:53 Yol qəzasında gənc qadının boynu sındı 11 Aprel 2021, 22:44 Komitə sədri "Ana harayı" abidəsinin müəllifi ilə görüşdü - FOTO 11 Aprel 2021, 22:35 Türkiyədə zəlzələ oldu 11 Aprel 2021, 22:22 "Mançester Yunayted" səfərdə "Tottenhem"ə qalib gəldi 11 Aprel 2021, 22:13 Ağstafada iki maşın toqquşdu - FOTO 11 Aprel 2021, 21:59 Kuman “El-Klassiko”dakı məğlubiyyətə görə hakimləri ittiham etdi  11 Aprel 2021, 21:46 "Qarabağ" "Sumqayıt"ı darmadağın etdi 11 Aprel 2021, 21:31 Pakistan ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir 11 Aprel 2021, 21:20