Modern.az

İmişli və Tərtər sakinlərindən ov tüfəngləri götürüldü

İmişli və Tərtər sakinlərindən ov tüfəngləri götürüldü

Aktual

26 Sentyabr 2020, 17:48

İmişli və Tərtər sakinlərindən sənədləri olmayan ov tüfəngləri götürülüb. 

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakinləri B.Qanbayevdən və A.İsmayılovdan iki ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri götürülüb. 

 

Eyni zamanda, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Rəcəbəyli kənd sakini R.Şirinovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır