Modern.az

Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı

Qarabağ

27 Sentyabr 2020, 12:09

Azərbaycan Respublikasının Dağlı Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Ermənistanın cəbhə xətti boyu etdiyi sonuncu hücumlarla bağlı bəyanat yayıb. 

 

Modern.az-a daxil olan bəyanatda deyilir:

 

"Bu gün, 27 sentyabr 2020-ci il tarixində, səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri bütün cəbhə xətti boyu ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə hücum etmişdir. 

 

Biz, işğalın və etnik təmizləmənin qurbanı olan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistanın bu hücumunu və törətməkdə davam etdiyi müharibə cinayətlərini ən kəskin formada pisləyirik. Biz, təcavüzkar Ermənistan qoşunlarının bütün işğal etdiyi ərazilərimizdən dərhal çıxarılmasını tələb edirik. Yetər 30 ildir gözlədik, artıq evlərimizə qayıtmaq istəyirik.

 

Keçən illər göstərdi ki, təcavüzkar Ermənistan, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini və digər beynəlxalq təşkilatların sənədlərini ayaq altına ataraq, tapdalanmış hüquqlarımızın bərpasına imkan vermədi. 

 

Hazırda bütün cəbhə boyu davam edən döyüşlərə görə bütün məsuliyyət təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Ermənistanın bu növbəti hücumu nəticəsində şəhid olmuş hərbçilərimiz və mülki vətəndaşlarımıza Allahdan rəhmət diləyirik və onların ailələrinə başsağlığı veririk".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir