Modern.az

“Böyük Qələbəyə doğru inamla irəliləyirik” - Deputat

“Böyük Qələbəyə doğru inamla irəliləyirik” - Deputat

29 Sentyabr 2020, 16:30

Azərbaycan Prezidenti beynəlxalq təşkilatların yüksək kürsülərindən dəfələrlə dünya birliyinə müraciət edərək işğalçı Ermənistana qarşı konkret addımların atılmasının zəruriyiliyini vurğulamış, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyən, beynəlxalq hüquqa məhəl qoymayan təcavüzkarla bağlı sülhə məcburetmə tətdirlərinin həyata keçirilməsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini bildirmişdi.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli deyib.

Deputat Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri və Azərbaycanın dövlət başçısı kimi BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda və BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışlarında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsinin, təcavüzə, separatizmə, terrorizmə münasibətdə nümayiş etdirilən ikili standartların ayrı-ayrı dövlətləri ciddi çağırışlar qarşısında qoyduğu barədə səsləndirdiyi fikirləri də xatırladıb: “Cənab Prezident cəzasızlıq şəraitində yeni ərazilər qəsb etmək iddialarını artıran,  təcavüzkar, terrorizmə dəstək verən Ermənistanın müharibəyə hazırlaşdığını bildirdi və beynəlxalq birliyi təcavüzkarı dayanadırmağa çağırdı. Amma buna baxmayaraq, nə işğalçıya qarşı konkret addımlar atıldı, nə də içğalçı ölkə öz iddialarından əl çəkdi, əksinə daha genişmiqyaslı hərbi təxribatlara əl atdı. Təbii ki, belə olduğu təqdirdə Azərbaycan Prezidenti, Ali Baş Komandan ölkə əhalisininin qorunması, işğalçının geri oturdulması üçün əks-hücum əmrini verdi və rəşadətli Ordumuz, qəhrəman əsgər və zabitlərimiz bu gün Ali Baş Komandanın əmrinin yerinə yetirilməsi, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirir, düşmənin hərbi texnikasını, canlı qüvvəsini məhv edir, Böyük Qələbəyə doğru inamla irəliləyirlər”.

 

Azər Kərimli qeyd edib ki, bütün Azərbaycan vətəndaşları Azərbaycan Prezidentinin qətiyyətli qərarlarını dəstəkləyir və onun yanındadır: “Xalqın əhval-ruhiyyəsinin, vətəndaşlıq ruhunun yüksəkliyini indi hər yerdə görmək mümkündür. Onlar qəhrəman Ordumuzun qələbə əzminə, yüksək döyüş qabiliyyətinə inanır, torpaqlarımızın işğalına son qoyulacağı günü səbirsizliklə gözləyirlər. O gün isə çox uzaqda deyil”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi