Modern.az

Müdafiə Nazirliyi hərbi attaşelərə və beynəlxalq təşkilatlara düşmənin təxribatından DANIŞDI

Müdafiə Nazirliyi hərbi attaşelərə və beynəlxalq təşkilatlara düşmənin təxribatından DANIŞDI

Aktual

1 Oktyabr 2020, 20:45

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən oktyabrın 1-də Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün Azərbaycanı qabaqlayıcı tədbirlər görməyə vadar edən hadisələr haqqında brifinq keçirilib.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı, düşmən qüvvələrinə vurulmuş ziyan və digər məsələlər haqqında da qonaqlar məlumatlandırılıb. 

 

Brifinqdə həmçinin mülki əhali və infrastruktura qarşı yönəlmiş təxribat fəaliyyətləri diqqətə çatdırılıb. Qeyd edilib ki, Ermənistan tərəfi beynəlxalq humanitar qanunlara və prinsiplərə məhəl qoymayaraq, məqsədli şəkildə qoşunların qarşıdurma xəttindən xeyli uzaqda olan mülki yaşayış məntəqələrini hədəfə alaraq artilleriya atəşinə tutur.

 

Eyni zamanda, sosial media vasitəsilə ermənilərin yaydıqları saxta xəbərlər və həqiqətləri əks etdirməyən məlumatlar barəsində də məlumat verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?