Modern.az

“Qarabağ”dan möhtəşəm qələbə - 7-ci dəfə AvroLiqanın qrup mərhələsində...

“Qarabağ”dan möhtəşəm qələbə - 7-ci dəfə AvroLiqanın qrup mərhələsində...

1 Oktyabr 2020, 23:27

"Qarabağ" Avropa Liqasında pley-off mərhələsində Polşa "Legiya"sı ilə səfər oyununda 3:0 hesabı ilə qalib gəldi. Komandamız 7-ci dəfə AvroLiqanın qrup mərhələsinə yüksəldi.


***

"Qarabağ" rəqib qapısından daha bir qol keçirib.

Filip Ozobiç 70-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.

 

23:23

 

"Legiya" - "Qarabağ" oyununda ikinci qol vurulub.

Bu dəfə "Qarabağ"ın heyətində Abdullah Zubir fərdi ustalığı  nəticəsində vurduğu qolla rəqibi meydanın mərkəzinə dəvət edib: 0:2

 

23:12

 

"Qarabağ" və "Legiya" oyununda hesab açılıb.

 Oyunda hesabı "Qarabağ"ın yeni transferi  Patrik Andrade açıb.

 

22:00

 

UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələn "Qarabağ" və "Legiya" oyununa start verilib.

Modern.az xəbər verir ki, oyun Varşavadakı "Wojska Polskiego" stadionunda keçirilir. 

 

20:54

 

UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və Polşa "Legiya"sının start heyətləri açıqlanıb.

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"də çıxacaqlar:

"Legiya": 1.Artur Boruc,  2.Yosip Yuranoviç, 5.İqor Levçuk, 55.Artur Jedrzejczyk, 25.Filip Mladenoviç, 67.Bartoş Kapustka, 7.Damaqoy Antoliç, 99.Bartoş Sliş, 11.Joel Valensiya, 21.Rafael Lopeş, 9.Tomaş Pexart

"Qarabağ": 1.Şahruddin Məhəmmədəliyev,  5.Maksim Medvedev (k) 55.Bədavi Hüseynov, 81.Kevin Medina, 30.Abbas Hüseynov, 2.Qara Qarayev, 8.Uroş Matiç, 27.Patrik Andrade, 10.Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu

Qeyd edək ki, bu gün keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır