Arxiv
7 Oktyabr 2020, 18:20 | PARLAMENT
Prezident Administrasiyası ilə deputatlar arasında görüş keçirilib

Oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclis deputatları arasında “Dövlət idarəçiliyində siyasi-hüquqi islahatlar və icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında əməkdaşlığın yeni mərhələsi” mövzusunda videokonfrans formatında görüş keçirilib.

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin Sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşə parlamentə ilk dəfə seçilmiş deputatlar qatılıblar.

 

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın son günlərdə cəbhə xəttində törətdiyi hərbi təxribatlar və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları barədə məlumat verib. Spiker bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuzun əks hücum əməliyyatları zamanı əldə olunan möhtəşəm qələbələr hər birimizdə fəxarət və qürur hissi yaradır: “Düşmənin bütün təxribatlarının qarşısı alınır, onlara layiqli şəkildə cavab verilir. Eyni zamanda, diplomatiya sahəsində də Azərbaycan dövləti erməni təxribatlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü iş aparır. Milli Məclis olaraq biz də bu məsələdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Ötən günlər ərzində Milli Məclis adından beynəlxalq parlament təşkilatlarına və milli parlamentlərə müraciətlər göndərilib, Milli Məclisin sədri kimi mənim bir sıra ölkələrin parlament rəhbərləri ilə çoxsaylı telefon danışıqlarım olub”.

 

Daha sonra konfransda müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Sədri qeyd edib ki, son illərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə, ötən il möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sferada inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Qlobal pandemiyanın tüğyan etdiyi cari ildə də Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq, vətəndaşlarının yanında olub, heç bir sosial proqramı ixtisar etməyib.

 

Azərbaycanda siyasi və iqtisadi islahatların paralel şəkildə aparıldığını vurğulayan Spiker bildirib ki, bu islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Sahibə Qafarovanın sözlərinə görə, islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. Altıncı çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib.

 

Spiker həmçinin Milli Məclisə ilk dəfə seçilən deputatların parlamentin işində, qanun yaradıcılığı prosesində fəal iştirak etdiklərini, seçicilərlə işin düzgün əsaslarda qurulmasında fəallıq göstərdiklərini də bildirib. Sahibə Qafarova Milli Məclisə ilk dəfə seçilən deputatlar arasında gənclərin də üstünlük təşkil etdiyini bildirərək qeyd edib ki, bu da ölkəmizdə gənc kadrlara geniş imkanların yaradılması, onların idarəetmədə irəli çəkilməsi ilə bağlı atılan addımların daha bir uğurlu nəticəsidir.

 

Sonra Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə davamlı surətdə aparılan siyasi-hüquqi islahatlar barədə danışıb, yeni siyasi konfiqurasiyanın qurulması istiqamətində indiyədək görülmüş işlər haqqında ətraflı məlumat verib. O, dövlət başçısının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə milli birliyə nail olmaq üçün atılan addımları qeyd edib, siyasi partiyalarla müntəzəm iş aparıldığını və sağlam əməkdaşlıq qurulduğunu, ölkədə yeni siyasi mədəniyyətin təşəkkül tapdığını diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, bu gün siyasi partiyalar dövlətçiliyimizin təməl prinsiplərinin müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə milli birlik və həmrəylik nümayiş etdirir. Azərbaycanda siyasi partiyaların 32 illik fəaliyyəti tarixində 51 partiyanın ilk dəfə olaraq vahid təşəbbüslə çıxış etməsi, ölkə Prezidentinin Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda fəaliyyətini birmənalı dəstəkləməsi, onun haqlı mövqeyini və həyata keçirdiyi bütün tədbirləri sonadək müdafiə edəcəklərini yekdilliklə ifadə etməsi xüsusi vurğulanıb.


Qanunvericilik hakimiyyəti ilə əlaqələrin mövcud vəziyyətinə toxunan Ə.Vəliyev VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklərə diqqət çəkərək ötən müddət ərzində parlamentə sağlam, demokratik mühit gətirildiyini, onun işində dönüş yarandığını və nüfuzunun həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kifayət qədər yüksəldiyini qeyd edib. Qanunverici orqanın fəaliyyətinin icra hakimiyyəti ilə qarşılıqlı əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışan şöbə müdiri deputatların yerlərdə vətəndaşlarla işinin yüksək səviyyədə təşkili üçün icra hakimiyyəti orqanlarına aidiyyəti tapşırıqların verildiyini bildirib. Eyni zamanda, vətəndaş məmnunluğunun daha da yüksəldilməsi məqsədilə deputatlar tərəfindən seçicilərlə fəal iş aparılması ilə bağlı mövcud gözləntiləri diqqətə çatdırılıb.

 

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qətiyyətlə irəlilədiyi bu günlərdə hər kəsin milli birlik, ruh yüksəkliyi və döyüş əzmi nümayiş etdirməsi barədə danışan natiq, ölkə Prezidenti ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalq-dövlət birliyinə, həmrəyliyimizə önəmli töhfələr verdiyini vurğulayıb. Ə.Vəliyev, həmçinin dövlət başçısının müxtəlif çıxışları, bəyanatları, müsahibələri ilə Ermənistanın işğalçı siyasətini dünya birliyi qarşısında tutarlı faktlarla ifşa etdiyini qeyd edərək, vətəndaş məsuliyyəti hiss edən hər kəsin bu istiqamətdə son dərəcə təəssübkeş davranmasının vacibliyini xatırladıb.


Daha sonra deputatlar Əminə Ağazadə, Elnur Allahverdiyev, Nigar Arpadarai, Kamal Cəfərov, Elşad Mirbəşiroğlu, Etibar Əliyev, Tural Gəncəliyev, Nurlan Həsənov, Arzu Nağıyev, Afət Həsənova və Fatma Yıldırım çıxış ediblər. Çıxışlarda son illər dövlət başçısı tərəfindən ölkəmizdə aparılan siyasi-hüquqi, institusional və kadr islahatları, bu islahatların gətirdiyi müsbət dəyişikliklər, habelə Milli Məclisin bu prosesdə yeri və rolu, fəaliyyətinin perspektivləri, eləcə də qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətləri təhlil edilib, aidiyyəti təkliflər verilib. Deputatlar, həmçinin ərazi bütövlüyümüzün bərpa olunduğu bu şərəfli günlərdə Ali Baş Komandanın yanında olduqlarını, onun atdığı bütün addımlara dəstək verdiklərini və bu işi bütün imkanlarını səfərbər etməklə inamla davam etdirəcəklərini diqqətə çatdırıblar.

 

Tədbirin sonunda bu qəbildən olan görüşlərin davamlı təşkilinin faydalı olacağı qeyd edilib.

 

 


 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistan Azərbaycana növbəti DƏSTƏK 26 Oktyabr 2020, 17:26 Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən qovuldu 26 Oktyabr 2020, 17:20 Nazirlikdən Daşkəsəndəki yanğınla bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 17:14 Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? - Xalq müraciətin TAM MƏTNİ 26 Oktyabr 2020, 17:10 Sahibə Qafarova Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verib 26 Oktyabr 2020, 17:04 Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi - FOTO 26 Oktyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə qaz çəkilişinə başlanılır 26 Oktyabr 2020, 16:53 Prezident İtaliyanın Rai-1 telekanalına müsahibə verib 26 Oktyabr 2020, 16:50 Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR 26 Oktyabr 2020, 16:46 İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz 26 Oktyabr 2020, 16:42 Qubada koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi 26 Oktyabr 2020, 16:36 Xocalıda kəndin vurulması xəbəri yalandır - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:30 Yoluxma sayında kəskin azalma - 8 nəfər öldü 26 Oktyabr 2020, 16:25 Ermənistan Ağdamda məktəbi atəşə tutub - FOTO 26 Oktyabr 2020, 16:20 Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı 26 Oktyabr 2020, 16:15 Ermənistan Tərtər şəhərini atəşə tutur - Müdafiə Nazirliyi 26 Oktyabr 2020, 16:10 “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir” - Əli Hüseynli 26 Oktyabr 2020, 16:07 Eks-prezident yenidən aclıq elan etdi 26 Oktyabr 2020, 16:05 Ali Baş Komandan Qubadlıda fərqlənmiş iki birlik komandirini TƏBRİK ETDİ 26 Oktyabr 2020, 16:03 Zeynal Məmmədli: “Ermənilər informasiya müharibəsində də uduzurlar” 26 Oktyabr 2020, 16:00 Hikmət Hacıyevdən Daşkəsəndəki meşə yanğını ilə bağlı AÇIQLAMA 26 Oktyabr 2020, 15:57 Hüseynqulu Bağırov məhkəmədə ifadə verəcək 26 Oktyabr 2020, 15:52 Kiprdən Ermənistana müəmmalı REYS 26 Oktyabr 2020, 15:49 F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert 26 Oktyabr 2020, 15:44 Minskdə etiraz aksiyalarında yüzlərlə saxlanılan var 26 Oktyabr 2020, 15:38 Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın rədd olsun torpağımızdan - İlham Əliyev 26 Oktyabr 2020, 15:32 “Qarabağ gec-tez azadlığına qovuşacaq” - İbrahim Kalın 26 Oktyabr 2020, 15:26 Paytaxtlar dəyişsə də, Paşin-Yanların xisləti dəyişmir 26 Oktyabr 2020, 15:20 Ermənistan Ağcabədini yenidən atəşə tutur 26 Oktyabr 2020, 15:14 Azərbaycan Yunanıstanla parlamentlərarası əlaqələr qura bilməyib - AÇIQLAMA 26 Oktyabr 2020, 15:12 Kolleclərin boş yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadıldı 26 Oktyabr 2020, 15:06 Fransa milli komandasının məşhur futbolçusundan Makrona ETİRAZ 26 Oktyabr 2020, 15:00 İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb 26 Oktyabr 2020, 14:54 Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir - FOTO 26 Oktyabr 2020, 14:48 Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı 26 Oktyabr 2020, 14:42