Arxiv
20 Oktyabr 2020, 13:28 | ƏDƏBİYYAT
Ermənistan: siyasi xaos, pərişan sifətlər, qaranlıq gələcək 

Azər Qismət


Ermənistanın Baş naziri Nikol Paşinyan, elə sadə ermənilər Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarda döyüşməyə başlayacağını gözləmirdilər. Yuxarı eşalon, eləcə də siyasi analitiklər elə düşünürdülər ki, Azərbaycan region əhəmiyyətli, eləcə də Avropa qitəsinin enerji təhlükəsizliyində əsas faktor olan neft-qaz müqavilələrini risk altına almaz. Yəni Azərbaycan oturuşmuş dövlətçiliyi ilə işğal edilmiş torpaqlarını geri almaq barədə düşünməz, üstəlik düşünsə belə, ona imkan verilməz.


Ermənistan hakimiyyəti düşünürdü ki, döyüş başlanacağı təqdirdə, bu, yalnız 3-4 gün çəkəcək. Çünki Tovuz hadisələrinin 4 gün çəkməsi təcrübəsini əsas götürürdülər. Lap uzansa belə, Mingəçevir İstilik Enerji stansiyası və su dəryaçısına atılan raketlərin yaradacağı faciə hesabına Azərbaycan tərəfi döyüşləri yarımçıq saxlayacaq. Əlavə variantlar bundan ibarət idi ki, Gəncə, Tərtər, Ağcabədi, Beyləqan rayonlarına tuşlanan raketlər də öz sözünü deyəcək. Lakin Ermənistan belə düşünməklə böyük səhvə yol verdi. Çünki Azərbaycan hakimiyyəti bu döyüşə ona görə hazır idi ki, artıq beynəlxalq qurumlardan ölkənin ərazi bütövlüyünün tanıdılması üçün hüquqi əsaslandırmanı başa çatdırmışdı.


Artıq Ermənistanda xaos hökm sürür. Bir neçə gündür ki, sosial şəbəkələrdə Nikol Paşinyana atmacalı sözlər atılır, ölkənin keçmiş rəhbərlərinin vəziyyətdən çıxışı barədə çağırışlar edilir. Təsadüfi deyil ki, sentyabrın 27-dən oktyabrın 12-nə qədər Baş nazirin facebook səhifəsindəki hər statusunu 30-40 000 insan bəyənirdi, rəylərin sayı minlərlə ölçülürdü. Onlar Paşinyana dəstək olur, Ermənistan ordusunun rəşadəti barəsində təriflər yağdırırdılar. Lakin oktyabrın 13-dən sonra Paşinyanın statuslarına gələn like-lərin sayında kəskin şəkildə azalma müşahidə edildi, atmacalı ifadələr ortaya çıxdı. Bəzən Baş nazir onları silsə də, yenə nəticəsi olmadı.


Paşinyan müdafiə naziri Tonoyandan aldığı məlumatlar əsasında özünə dərs götürdü ki, Azərbaycan Müdafiə Nazirliyinin qələbə xəbərləri heç də daxili auditoriyaya hesablanmayıb. Azərbaycan ordusu həqiqətən də irəliləyir, erməni əsgərləri fərarilik edir, könüllülər gizli yollarla qaçır, “Legion” adlanan muzdlulardan ibarət bölmə döyüşməkdən imtina edir. Hətta 1-ci Qarabağ döyüşlərində dırnaqarası igidliklər göstərən erməni veteranlar da bu döyüşdə vuruşmaqdan imtina etmişdilər. Onların nümayəndəsi bildirmişdi ki, “bu, 1-ci Qarabağ müharibəsində olduğu kimi deyil, bu dəfə Azərbaycan ordusu müasir silahlahla silahlanıb və burada sağ qalmaq çətindir”. Veteranlar bir daha döyüş bölgəsinə gəlmədilər.


İşin ən faciəvi tərəfi ondadır ki, artıq Ermənistanın bəzi KİV-lərinin verdiyi məlumata görə ölkənin hərbi arsenalının 50 faizi tükənib. Üstəlik, ölkəyə qeyri-leqal (bəzən leqal) şəkildə qaçamalçılıq yolu ilə gətirilən silahlar borca alınır. Nikol Paşinyan bildirib ki, döyüşlər bitəndən sonra silahların pulunu verəcək. Məlum olub ki, xaricdə yaşayan sıravi və varlı ermənilərin “Hayastan” fonduna verdiyi neçə milyon dollar pul ilə kifayət qədər güclü arsenal təşkil etmək mümkün deyil. Fonddakı pullar tükəndikcə, ölkə yenidən borca girməli olur. Nəzərə alsaq ki, Ermənistanın xarici borcu 8 milyard dollardır, üstəlik üstünə bu günlərdəki  borcları da əlavə etsək, belə çıxır ki, ölkə hələ uzun müddət iqtisadiyyatin çökməsi ilə çabalayacaq. Ən mübhəm və üzdə görünməyən dəhşətli məsələ ondadır ki, psixi problemi olan Paşinyan xalqının genefonduna da zərbə vurur. Az müddət sonra ölkədə kişi çatışmazlığı hiss ediləcək və bu zərbənin nəticəsindən hələ uzun illər sarsılacaqlar.


Bütün bunlar Paşinyanı ağıllandıra bilmədi. Ölkənin keçmiş rəhbərləri vəziyyətdən çıxış üçün koalisyon hökumət yaratmağa çalışsalar da, baş nazir buna razılaşmadı. Çünki o, bunu özünə çevriliş cəhdi kimi başa düşdü. Deməli, vəzifə istəyi bütün milləti qırğına verməkdən daha üstündür. O koalisyon hökumət yaratmaq istəyənlər belə rəddetməni görəndən sonra daha da fəallaşdılar. Amma bu fəallaşma Nikol Paşinyana qarşı çevrildi. Robert Koçaryanın təsiri və maliyyəsi altında olan saytlar 3 gündür ki, Azərbaycan ordusunun irəlilədiyini, işğal olunmuş torpaqları geri aldığını açıq şəkildə yazmaqdan çəkinmirlər. Və bu siyasi xaosun yaxınlaşdığını göstərir.


Azərbaycan Prezidenti İlhan Əliyev isə Ermənistanda siyasi xaosun olacağını bilirdi. Çünki ölkənin baş naziri qoşunların onlara aidiyyatı olmayan torpaqlardan sakitcə çıxarmayanda, başıpozuq hadisələr törədəndə siyasi xaos yaxınlaşmalı idi. Beləkliklə, Ermənistan qara dumana bürünür. Günəşin çıxmayacağı qaranlıq dumana.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xırdalandakı uçqunun təfərrüatı ilə bağlı RƏSMİ MƏLUMAT 29 Noyabr 2020, 15:09 Fransa radiosu Füzuli haqqında reportaj yayımladı 29 Noyabr 2020, 15:02 Zərdabda koronavirus xəstəsi saxlanıldı 29 Noyabr 2020, 14:51 Ermənistanda ziyalılar xalqı yürüşə çağırdılar 29 Noyabr 2020, 14:45 Daşkəsəndə karantin rejimini pozan iaşə obyetkləri aşkarlandı 29 Noyabr 2020, 14:34 Şəhid Tamerlan Səfərov Qubada dəfn edildi 29 Noyabr 2020, 14:26 “Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov 29 Noyabr 2020, 14:19 Son sutkada koronavirusdan ölənlərin sayında rekord 29 Noyabr 2020, 14:07 Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı 29 Noyabr 2020, 14:00 Türkiyədə son bir ayda 80 terrorçu zərərsizləşdirildi 29 Noyabr 2020, 13:51 İşğaldan azad edilmiş ərazilərdə bu idman növü inkişaf etdiriləcək 29 Noyabr 2020, 13:43 Yaponiyadan olimpiya və paralimpiya oyunlarının təşkilinə daha 2 milyard 29 Noyabr 2020, 13:33 Tehranda etiraz aksiyası  29 Noyabr 2020, 13:24 İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi məlum oldu 29 Noyabr 2020, 13:20 Əfqanıstanda partlayış: 26 əsgər öldü 29 Noyabr 2020, 13:15 Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir 29 Noyabr 2020, 12:59 Rusiya Xankəndinə hərbi həkimlər göndərdi 29 Noyabr 2020, 12:46 Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri – İsti su ilə limon koronavirusu ağciyərə çatmadan öldürür 29 Noyabr 2020, 12:42 Əfqanıstanda "Qırmızı Xaç"ın nümayəndəsi qaçırıldı 29 Noyabr 2020, 12:31 Ağdamın Şahbulaq kəndindən yeni - Video 29 Noyabr 2020, 12:29 Sabahın havası: qalın geyinin, çətir götürün 29 Noyabr 2020, 12:24 Neymar İbrahimoviçin rekordunu qırdı 29 Noyabr 2020, 12:21 Pravoslav kafedral kilsəsinin keşişi: "Əgər bir insan müqəddəs yerləri dağıdırsa..." 29 Noyabr 2020, 12:13 Deputat: “Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna yenidən baxılacaq” 29 Noyabr 2020, 12:07 Nəvələrimin nəvələrinə MÜRACİƏTİM 29 Noyabr 2020, 11:55 Rusiyalı akademik virusdan öldü 29 Noyabr 2020, 11:51 Övladlığa götürülən bu uşaqlar üçün aylıq 480 manat müavinət veriləcək - RƏSMİ 29 Noyabr 2020, 11:38 Gürcüstanda ötən gün virusdan ölənlərin sayı açıqlandı 29 Noyabr 2020, 11:28 Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər Modern.az-a danışdı: “Sözüm sözdür!” - VİDEO 29 Noyabr 2020, 11:19 Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri aşkarlandı 29 Noyabr 2020, 11:14 Özünü çardaqdan asdı  29 Noyabr 2020, 11:04 Ermənistanda koronavirusdan ölənlərin sayında kəskin artım   29 Noyabr 2020, 10:59 Bu bağ evi cəmi 3 saata quraşdırıldı 29 Noyabr 2020, 10:48 Bu gün “Səbail” “Qarabağ”la üz-üzə gələcək 29 Noyabr 2020, 10:45 Xırdalanda avtomobil külə döndü 29 Noyabr 2020, 10:35
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?