Modern.az

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb 

Fransalı senator qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağırıb 

20 Oktyabr 2020, 13:42

Fransalı senator Valeri Buaye Dağlıq Qarabağda qurulmuş qondarma rejimin müstəqilliyini tanımağa çağırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, parlament üzvü olaraq bu həftə senata qondarma DQR-in statusu ilə bağlı qanun layihəsini təqdim edəcəyini bildirib.

V. Buaye bu haqda öz “Twitter” səhifəsində məlumat verib. Bundan başqa, senator “Dağlıq Qarabağda Azərbaycana qarşı çıxmaq türk İslamının Avropada yayılmasına qarşı çıxmaq deməkdir” fikrini səsləndirib.      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər